Milli Məclisin plenar iclası keçirilib
Milli Məclisin növbəti plenar iclasında əvvəlcə Milli Məclisin Sədri Oqtay Əsədov gündəliyi təqdim edib.
Gündəlik təsdiqləndikdən sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) məsələni təqdim edib. Sənəddə sığorta faizlərinə və keçid müddəalarına dair maddələrdə aparılmış dəyişiklik ətraflı şərh olunub.
Deputatlar 2020-ci il yanvarın 1-dən etibarən Azərbaycanda tətbiq olunması nəzərdə tutulan icbari tibbi sığortaya keçidin hüquqi bazasını təmin edəcək qanunu üçüncü oxunuşda qəbul ediblər.
İclasda digər qanun layihələri də müzakirə olunub.