UEFA Avropa Liqasının final oyununun tibbi təminatı ilə əlaqədar əmr imzalanıb

UEFA Avropa Liqasının final oyununun tibbi təminatı ilə əlaqədar əmr imzalanıb

Səhiyyə naziri Oqtay Şirəliyev “Futbol üzrə UEFA Avropa Liqasının final oyununun tibbi təminatı barədə” əmr imzalayıb. Sənəd “Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Əsasnamənin Səhiyyə Nazirliyi haqqında müvafiq bəndini rəhbər tutaraq imzalanıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əmrdə müvafiq şöbə və qurum rəhbərlərinə final oyununun keçiriləcəyi Bakı Olimpiya Stadionunda matç zamanı təcili tibbi yardım maşınlarının növbətçiliyinin təmin edilməsi, həmin müddətdə ehtiyac yarandığı halda idmançıların və qonaqların hospitalizasiyasının müvafiq olaraq Bakı şəhər Kliniki Tibbi Mərkəzdə həyata keçirilməsinin təmin olunması tapşırılır, habelə tibb müəssisə və idarələrinin rəhbərlərinə oyun iştirakçılarının və qonaqların müraciəti əsasında onlara yüksək səviyyəli tibbi yardımın göstərilməsinə dair tapşırıqlar verilir.
Əmrdə həmçinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə nümayəndə heyətləri üçün ayrılan mehmanxana və iaşə müəssisələrində sanitariya-gigiyena qaydalarına əməl olunması məsələlərinin ciddi nəzarətə götürülməsi tapşırılır.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova