Səhiyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib

Səhiyyə Nazirliyi yanında İctimai Şuranın ilk iclası keçirilib

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, bu ilin yanvar ayında Səhiyyə Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.
Seçkilərin nəticələrinə əsasən, Qorxmaz Ağayev (“Tibb işçilərinin hüquqi maarifləndirilməsinə yardım” İctimai Birliyi), Tariyel Eyvazov (“Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyi), Ziba Nəbiyeva (“İnkişafa doğru Qadın Təşəbbüsü” İctimai Birliyi), Rüstəm Salayev (“Psixo-Sosial yardım” İctimai Birliyi) və Yeganə Sultanova (“Azərbaycan Diabet Liqası” İctimai Birliyi) İctimai Şuraya üzv seçiliblər.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən İctimai Şuranın ilk iclası keçirilib.
Toplantıda şura üzvləri öz aralarında şuranın sədri, sədr müavini və katibi vəzifəsini icra edəcək nümayəndələrini seçiblər. Belə ki, Rüstəm Salayev İctimai Şuranın sədri, Ziba Nəbiyeva sədr müavini, Tariyel Eyvazov isə katibi seçilib.
İctimai Şura fəaliyyət istiqamətləri üzrə reqlamentin hazırlanması ilə bağlı müzakirələr aparıb və növbəti iclasının keçirilmə vaxtını müəyyən edib.
Qeyd edək ki, İctimai Şuranın səlahiyyət müddəti 2 ildir.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova