Əhalinin kütləvi müayinələrinə start verildi

Əhalinin kütləvi müayinələrinə start verildi

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq, ölkəmizdə hər il əhalinin kütləvi şəkildə tibbi müayinələrdən keçirilməsi təşkil olunur.
Bu il də səhiyyə nazirinin müavini Nigar Əliyevanın “Azərbaycan Respublikası əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə” müvafiq əmrinə əsasən, fevral ayının 12-dən növbəti kampaniyaya başlanıb.
Əmrdə şəhər və rayonların tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsini təmin etmək, onun icrasını şəxsi nəzarətə götürmək, xəstəlik aşkar olunan şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunmasını, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsini təşkil etmək tapşırılır.
Sənəddə həmçinin ölkə əhəmiyyətli tibb müəssisələrinin rəhbərlərinə göstəriş verilir ki, mütəxəssislərdən ibarət qrupların müntəzəm olaraq regionlara ezam olunmasını təmin etsinlər.
Qeyd edək ki, patoloji halların, müxtəlif xəstəliklərin risk faktorlarının erkən aşkarlanması məqsədi daşıyan kampaniya artıq bütün bölgələrdə geniş vüsət alıb. Sakinlər tibbi müayinələrdən yararlanmaq üçün müvafiq tibb müəssisələrində - poliklinikalarda, rayon mərkəzi xəstəxanalarının konsultativ poliklinika şöbələrində, kənd sahə xəstəxanalarında və s. qeydiyyatdan keçir, terapevt, kardioloq, nevropatoloq, stomatoloq və digər həkim mütəxəssislərin qəbulunda olurlar. Bu zaman onlara həkimlər tərəfindən profilaktik baxış keçirilir, sağlamlığa dair məlumatlar və xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilir. Müxtəlif müayinələrdən keçərkən xəstəliklər aşkar olunduqda pasiyentlər yerlərdə, zərurət yarandığı halda isə Bakıda və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunurlar.
Vətəndaşlar tibbi aksiyada çox fəallıqla iştirak edirlər.
Ölkə əhalisinin kütləvi tibbi müayinələrdən keçirilməsi may ayının 12-nə qədər davam edəcək.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova