2019-cu il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında

2019-cu il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında


Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı



“Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 194-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 dekabr tarixli 489 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən:
1. 2019-cu il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, iyunun 5, 6-sı Ramazan bayramı, avqustun 12, 13-ü Qurban bayramı günləri müəyyən edilərək, qeyri-iş günü hesab olunsun.
2. Bu Sərəncam kütləvi informasiya vasitələrində elan edilsin.

Azərbaycan Respublikasının Baş naziri
Novruz Məmmədov







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova