Talassemiya Mərkəzində uşaqlar üçün yeni il şənliyi keçirilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə, Talassemiya Mərkəzində müalicə alan pasiyentlər üçün Yeni il şənliyi təşkil olunub.
Mərkəzdə müalicə olunan talassemiyalı, leykozlu və sümük iliyi köçürülmüş uşaqlar Şaxta baba və Qar qızla birlikdə Yeni ili bayram ediblər. Daha sonra xəstələrlə görüşən Şaxta baba və Qar qız onların arzularını dinləyib və istəklərinə uyğun olaraq hədiyyələr təqdim ediblər.
Bayram tədbiri üç gün davam edib.