ÜST Avropa Regional Komitəsinin 68-ci sessiyası

ÜST Avropa Regional Komitəsinin 68-ci sessiyası


Azərbaycan nümayəndə heyəti sessiyada iştirak etdi



Bu günlərdə İtaliyanın paytaxtı Roma şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Regional Komitəsinin (ARK) 68-ci sessiyası keçirilib. Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin başçılıq etdiyi nümayəndə heyəti sessiyanın işində iştirak edib.
ÜST Avropa Regional Komitəsinin 68-ci sessiyası ərəfəsində keçirilən ÜST ARK İcraiyyə Komitəsinin iclasında bu quruma üzv seçilmiş ölkələrin nümayəndə heyətlərinin rəhbərləri 68-ci sessiyanın gündəliyini, habelə ÜST ölkə ofislərinin strateji idarə mexanizmləri məsələlərini müzakirə ediblər.
ÜST Avropa Regional Komitəsinin 68-ci sessiyasının açılışında “BMT Şəhəri”nin himayədarı, Danimarka Krallığının Şahzadəsi Ülyahəzrət Meri, İtaliya Respublikasının Baş naziri Cüzeppe Konti xüsusi qonaqlar kimi iştirak ediblər.
Sessiyanın idarə heyəti təyin edildikdən sonra ÜST Avropa Regional Direktoru Jujanna Yakab hesabat nitqi ilə çıxış edib. O, Ümumdünya Səhiyyə Assambleyasının qətnamələrinin Avropada həyata keçirilməsi, səhiyyənin maliyyələşməsi, səhiyyə proqramlarının həyata keçirilməsi üzrə donor ölkə və qurumlarla əlaqələrdən danışıb, sessiyada müzakirə ediləcək məsələlərdə ÜST rəhbərliyinin mövqe və tövsiyələri haqqında məlumat verib. Çıxışda Daimi Komitənin Proqram, büdcə və inzibati komissiyasının hesabatının layihəsi, infeksion və qeyri-infeksion xəstəliklərə qarşı mübarizə, ÜST islahatları və “Səhiyyə - 2020” strategiyası barədə fikirlər də geniş yer alıb.
Sonra Daimi Komitənin hesabatı dinlənilib.
Sessiyaya müraciətlə çıxış edən ÜST Baş Direktoru Tedros Gebreyesus ÜST-də gedən islahatlardan danışıb, onların davam etdirilməsində üzv ölkələrin ekspertlərinin daha yaxından iştirakının zəruri olduğunu bildirib. Əsas donor ölkələrinin Avropa Regionunda olduğunu deyən Baş Direktor problemin həllində bu region ölkələrinin müstəsna rolunu qeyd edib.
Baş Direktorun çıxışına dair şərhlərində üzv ölkələr təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluqlarını ifadə ediblər.
Sessiya iştirakçıları ÜST islahatları, səhiyyədə texniki məsələlər, qeyri-infeksion xəstəliklərə qarşı mübarizə, “Səhiyyə - 2020” strategiyası, qlobal səhiyyə sistemlərinin strateji idarəetməsi, reproduktiv sağlamlıq, tibb kadrlarının təkmilləşdirilməsi, QİÇS və vərəmlə mübarizə, Beynəlxalq Səhiyyə Qaydaları, səhiyyə və sosial sektorun maliyyələşdirilməsi və digər məsələləri müzakirə ediblər.
Qəbul olunmuş qaydalara əsasən, gündəlikdə olan məsələlərin müzakirəsində əvvəl Katibliyin üzvləri, sonra isə qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri öz rəylərini veriblər.
Azərbaycan tərəfi gündəlikdəki ictimai sağlamlıq, infeksion xəstəliklərə qarşı mübarizə, immunoprofilaktika, vərəmə qarşı mübarizə və Beynəlxalq Səhiyyə Qaydaları məsələlərinə dair çıxışlar edib.
Qlobal Fondla vərəm üzrə fəaliyyət planının müzakirələri zamanı Azərbaycanın müsbət təcrübəsi üzv ölkələr tərəfindən qeyd olunub.
Tədbir çərçivəsində Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin Avropa Regional Komitəsinin rəhbərliyi, ÜST-nin Azərbaycan ofisinin yeni rəhbərliyi, habelə üzv ölkələrdən Avstriya, Türkiyə, Belarus və Özbəkistanın səhiyyə rəsmiləri ilə işçi görüşləri keçirilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova