Milli Məclisin səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Milli Məclisin səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

Milli Məclisin səhiyyə komitəsinin 2018-ci il payız sessiyasında keçirilmiş ilk iclasında komitə sədri Əhliman Əmiraslanov bu ilin yaz və növbədənkənar sessiyaları ərzində görülmüş təşkilati işlər barədə məlumat verib. Qeyd olunub ki, hesabat dövründə komitənin 7 iclasında 11 məsələ müzakirə edilib.
Həmin dövrdə komitənin ünvanına daxil olan 205 müraciətə, təklif, ərizə və şikayətə müvafiq qaydada baxılıb. Komitədə müntəzəm olaraq vətəndaşların qəbulu aparılıb, qaldırılan məsələlərin həlli üçün lazımi kömək göstərilib.
Sonra Əhliman Əmiraslanov payız sessiyası ərzində görüləcək işlərdən danışıb.
Komitənin 2018-ci il yaz sessiyası dövründə fəaliyyəti qənaətbəxş hesab edilib, 2018-ci il payız sessiyası üçün iş planına baxılıb və təsdiq olunub.
Komitə sədri deyib ki, bəzən insanlar arasında düzgün təbliğat getmir: “Xəstələri düzgün istiqamətləndirmək lazımdır. Hazırda tibb müəssisələri bütün müasir texnologiyalarla təmin olunub. Səhiyyəmizin texniki imkanları, kadr potensialı bütün xəstəliklərin müalicəsini mümkün edir. İndi elə bir xəstəlik, patologiya yoxdur ki, dünyada əlacı olsun, Azərbaycanda isə müalicəsi mümkün olmasın. Ancaq elə xəstəliklər var ki, tibb elmi onların qarşısında acizdir. Belə xəstələrdən hansısa məqsədlər üçün istifadə etmək isə vicdansızlıqdır”.
Əhliman Əmiraslanov söyləyib ki, bu gün vərəm dünyanı ən çox narahat edən problemdir və böyük insan tələfatına səbəb olur. Azərbaycan dövləti bu məsələyə xüsusi diqqət yetirir və gələcəkdə də yetirəcək.
Komitə sədri bildirib ki, icbari tibbi sığortaya keçməyi asanlaşdırmaq üçün qanunvericiliyə dəyişikliklər olunmalıdır. O qeyd edib ki, şəkərli diabet xəstəliyi dünya ictimaiyyətini narahat edir. Milli Məclisin Səhiyyə komitəsi Səhiyyə Nazirliyi ilə birgə şəkərli diabetə dair dinləmələrin keçirilməsini planlaşdırır.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova