Gəncədə orqan transplantasiyası olunacaq
Nazirlər Kabineti “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” 2011-ci il 17 noyabr tarixli 187 nömrəli qərarda dəyişiklik olunması barədə qərar verib.
Sənədə əsasən, “İnsan orqan və (və ya) toxumalarının transplantasiyasının həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na “Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC-nin adı əlavə edilib. Bu tibb müəssisəsinə böyrək, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, gözün buynuz qişası və sümük iliyi transplantasiyası etməyə icazə verilib.