Səhiyyə sistemində əlverişli biznes mühitinin yaradılması məqsədilə əmr imzalanıb

Səhiyyə sistemində əlverişli biznes mühitinin yaradılması məqsədilə əmr imzalanıb

Prezident İlham Əliyevin 2016-cı il 13 iyul tarixli “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planının icrası məqsədilə Səhiyyə Nazirliyinin əmri ilə Fəaliyyət Planı təsdiqlənib. Sənəd, eyni zamanda, ölkəyə daha çox investisiya cəlb etmək üçün səhiyyə sahəsində qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi, bu istiqamətdə zəruri tədbirlərin davam etdirilməsi məqsədi daşıyır.
Fəaliyyət Planına sağlamlıq imkanları məhdud insanların həyata və təhsil mühitinə inteqrasiyasını təmin edən inklüziv təlim metodologiyasının yaradılması, bununla bağlı sosial müdafiə sisteminin təkmilləşdirilməsi, ətraf mühitə mənfi təsirlərin neytrallaşdırılması, ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişaf, istehsal və xidmət müəssisələrinin ISO 14001 üzrə sertifikatlaşdırılmasının stimullaşdırılması və s. məsələlər daxildir.
Sənəddə gömrük rəsmiləşdirilməsi zamanı sənədləşmə ilə əlaqədar bəzi məqamlar da əksini tapıb. Burada həmçinin səhiyyə sahəsində görüləcək işlər barədə tədbirlər müəyyənləşdirilib. Fəaliyyət Planında malyariyaya görə endemik ölkələrdən gələn turistlərə, xarici vətəndaşlara nəzarətin təmini, vərəm xəstəliyinin profilaktikası, müalicəsi, kadrların hazırlanması, İİV-ə yoluxmuş xəstələrin antiretrovirus terapiyasına cəlb edilməsi və digər aktual məsələlər əks olunub.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova