Səhiyyə naziri Qusarda vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək göstərirlər.
Tərtib edilmiş qrafikə uyğun olaraq, səhiyyə naziri Oqtay Şirəliyevin növbəti səyyar qəbul günü Qusar Mərkəzi Rayon Xəstəxanasında təşkil edilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbul zamanı nazir Qusar, Quba, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan 21 vətəndaşın sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətlərini dinləyib.
Qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb. Müraciətlərin bəziləri yerindəcə həllini tapıb, digərlərinin həlli ilə bağlı gərək olan göstərişlər verilib.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.
Xəbəri paylaş