Ötən il Azərbaycanda göyöskürək və malyariya qeydə alınmayıb

Ötən il ölkəmizdə qeydə alınmış xəstəliklər arasında tənəffüs sistemi xəstəlikləri, bəzi infeksion və parazitar xəstəliklər, həzm orqanlarının, qan dövranı sisteminin, sidik-cinsiyyət sisteminin patologiyaları, göz və gözün əlavə aparatının xəstəlikləri, eləcə də qan və qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib. Bu barədə AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla məlumat verib. Bildirilib ki, keçən il inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da uşaqlar

31-01-2023, 09:51

Xaricdə klinik ordinatura təhsili alanların imtahanları keçirilir

2011-ci ildən ölkədə rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə diplomdan sonra tibb ixtisasları üzrə təhsil almış şəxslərin çoxsaylı müraciətləri nəzərə alınıb və Səhiyyə Nazirliyinin Kollegiyasının qərarı ilə “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanın keçirilməsi Qaydası” təsdiq olunub. İmtahanların ilk mərhələsi bu il yanvarın 23-24-də keçirilib. İmtahan nəticələri barədə məlumat

31-01-2023, 09:03

Sertifikasiya imtahanlarının keçirilməsi bərpa edilib

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin sertifikasiya imtahanları texniki səbəblərə görə 26 dekabr 2022-ci il tarixindən təxirə salınmışdı. Bu il yanvarın 11-dən etibarən imtahanların keçirilməsi bərpa edilib. Həmin tarixlərdə imtahanı təxirə salınmış şəxslərə yeni imtahan tarixləri və yenilənmiş imtahan buraxılış vərəqələri təkrar göndərilib. Hazırda sertifikasiya prosesi işgüzar rejimdə davam etdirilir.

31-01-2023, 09:02

MDB ölkələrinin ekspertləri ictimai səhiyyə üzrə əməkdaşlığı müzakirə ediblər

Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Dövlətlərarası ictimai səhiyyə və səhiyyə informasiyası Təsisatları Şəbəkəsinin iclası keçirilib. AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, iclas iştirakçıları təşkilati-kadr məsələlərini müzakirə edib, İdarəetmə Şurasını formalaşdırıb, təsisatlar şəbəkəsinin sədrini seçiblər. Qeyd etmək lazımdır ki, təsisatlar şəbəkəsində sədrlik rotasiya prinsipi əsasında növbə ilə hər bir iştirakçı

31-01-2023, 09:00

Danimarka dərman istehsalçısı saxta preparatla bağlı müraciət edib

Azərbaycanda Ozempik® preparatının saxtalaşdırılma halları qeydə alınıb Danimarka dərman istehsalçısı “Novo Nordisk A/S” şirkətinin Azərbaycan nümayəndəliyi səhiyyə işçilərinə və əhaliyə müraciət edib. AZƏRTAC-ın bildirdiyinə görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinə daxil olan müraciətdə deyilir: “Ozempik® preparatına tələbatın yüksək olması ilə əlaqədar olaraq, Ozempik® 0,5 mq və 1,0 mq preparatının çoxsaylı saxtalaşdırılma

31-01-2023, 08:45

Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad ediblər

Müstəqil Azərbaycanın inkişafında misilsiz xidmətləri olan görkəmli dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə Səhiyyə Nazirliyinin rəhbər şəxsləri Fəxri xiyabanda olub, Ulu öndərin əziz xatirəsini hörmət və ehtiramla anıb, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

30-12-2022, 11:55

Danimarka Azərbaycanla səhiyyə və tibb elmi sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Səhiyyə Nazirliyində Danimarka Krallığının Azərbaycan Respublikasındakı qeyri-rezident səfiri Denni Annanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub. Bu barədə Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşdə fəxri konsul Arno Qovart və Danimarkanın aparıcı əczaçılıq şirkəti olan “Novo Nordisk” şirkətinin nümayəndələri də iştirak ediblər. Səhiyyə naziri Teymur Musayev son illər ölkələrimiz arasında bir çox sahələrdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlığın dinamik şəkildə inkişaf

30-12-2022, 11:53

Səhiyyə Nazirliyi və ÜST yeni layihələrin icrasına dair razılığa gəldilər

Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Hande Harmancı ilə görüş keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, səhiyyə naziri Teymur Musayev ölkəmizin bu nüfuzlu səhiyyə təşkilatı ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib. Onun sözlərinə görə, 30 il ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, bir sıra regional layihələr uğurla həyata keçirilib. İlkin səhiyyə xidmətinin gücləndirilməsinin

30-12-2022, 11:50

Səhiyyə Nazirliyi və Beynəlxalq Pediatriya Assosiasiyası arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Beynəlxalq Pediatriya Assosiasiyasının (IPA) prezidenti, professor Ənvər Həsənoğlu ilə görüşüb. Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, nazir Teymur Musayev IPA-nın dünyada uşaqların sağlamlığının və sosial rifahının qorunması ilə bağlı problemlərin həllinə yönələn fəaliyyətini yüksək qiymətləndirib. T.Musayev Azərbaycanda Prezident İlham Əliyev tərəfindən uşaqların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı

30-12-2022, 11:48

Səhiyyə sahəsində Azərbaycan – Əlcəzair əməkdaşlığının inkişafı üçün geniş potensial var

Azərbaycan Səhiyyə Nazirliyində Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Əbdülvahab Osmanla görüş keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, səhiyyə naziri Teymur Musayev ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, əlaqələrimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini də vurğulayıb. Teymur Musayev Azərbaycanla Əlcəzair arasında səhiyyə sahəsində mövcud olan əməkdaşlıq

30-12-2022, 11:47



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova