Səhiyyə Nazirliyi və Beynəlxalq Pediatriya Assosiasiyası arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Səhiyyə Nazirliyi və Beynəlxalq Pediatriya Assosiasiyası arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Beynəlxalq Pediatriya Assosiasiyasının (IPA) prezidenti, professor Ənvər Həsənoğlu ilə görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, nazir Teymur Musayev IPA-nın dünyada uşaqların sağlamlığının və sosial rifahının qorunması ilə bağlı problemlərin həllinə yönələn fəaliyyətini yüksək qiymətləndirib. T.Musayev Azərbaycanda Prezident İlham Əliyev tərəfindən uşaqların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb, deyib ki, ölkəmizdə uşaqların hüquqlarının müdafiəsi, o cümlədən sağlamlıq hüququnun təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Nazir Azərbaycan Tibb Universitetinin Beynəlxalq Pediatriya Assosiasiyası ilə uğurlu əməkdaşlığı davam etdirdiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, Bakıda keçirilən I Milli Pediatriya Konqresi zamanı beynəlxalq mütəxəssislərin məruzələri və aparılacaq müzakirələr Azərbaycanda pediatriyanın inkişafına mühüm töhfə verəcək.
Sonda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Səmimi qəbula görə təşəkkürünü bildirən IPA-nın prezidenti Ənvər Həsənoğlu beynəlxalq tədbirlərdə iştirak etmək üçün dəfələrlə ölkəmizə səfər etdiyini vurğulayıb, bildirib ki, Azərbaycanda səhiyyənin müxtəlif sahələrinin, o cümlədən pediatriyanın aktual problemlərinə həsr olunmuş beynəlxalq konqreslər hər zaman yüksək səviyyədə təşkil olunub.
Görüşdə Beynəlxalq Pediatriya Assosiasiyasının Azərbaycanın Səhiyyə Nazirliyi ilə pediatriya sahəsində əməkdaşlığının genişləndirilməsi barədə faydalı müzakirələr aparılıb.





Dekabr 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova