Sizin Reklam Burada!

Azərbaycan Respublikasının Prezidenti İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında Fərman verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanını imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-21.1-1-ci maddəsinə uyğun olaraq qərara alınıb ki, İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərcləri 2 941 690 000,00 manat məbləğində təsdiq edilsin. Bu Fərmanla

28-02-2025, 14:39

Tibbi tullantıların idarə olunması sahəsində məlumatlılıq artırılır

Ölkə ərazisində tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumları tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir. Bu sahədə növbəti görüşlər Ağdaş və Ağdam Rayon Mərkəzi xəstəxanalarında, “OKİ Hospital” tibb müəssisəsində keçirilib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, görüşlər çərçivəsində iştirakçılarla tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların

28-02-2025, 14:06

Səhiyyə Nazirliyi rəsmisi Tokioda səhiyyənin idarə edilməsi üzrə təlimlərə qatılıb

Tokio şəhərində Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) və Yaponiya Milli İctimai Səhiyyə İnstitutunun birgə təşkilatçılığı ilə “Səhiyyə sisteminin idarəedilməsi (Liderlik və İdarəçilik)” adlı Biliklərin Birgə Yaradılması təlim proqramı keçirilib. Təlimin əsas məqsədi səhiyyə sahəsində olan çağırışlara idarəçilik perspektivindən baxış və sistematik qiymətləndirmə bacarıqlarının formalaşdırılması olub. Səhiyyə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, 12 iştirakçı ölkədən səhiyyə

28-02-2025, 13:58

Səhiyyə Nazirliyi dövlət tibb müəssisələrinə işə qəbul prosesini rəqəmsallaşdırıb

Səhiyyə Nazirliyi səhiyyə sistemində müasir dövrün tələbi və innovativ düşüncə məhsulu olan Rəqəmsal Səhiyyə ekosisteminin tətbiqi ilə bağlı tədbirləri davam etdirir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası”nın icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin“ Vahid Səhiyyə İnformasiya Sistemi”nin (VSİS) “İşə qəbul” altsistemi hazırlanaraq istifadəyə

28-02-2025, 12:29

“Talassemiyasız həyat naminə 20 il: Nadir xəstəliklər” mövzusunda konfrans keçirilib

Bakıda “Talassemiyasız həyat naminə 20 il: Nadir xəstəliklər” mövzusunda tədbir baş tutub. AZƏRTAC xəbər verir ki, səhiyyə sahəsinin aparıcı mütəxəssislərinin, dövlət rəsmilərinin, beynəlxalq səhiyyə təşkilatlarının nümayəndələrinin, ekspertlərin və digər şəxslərin iştirak etdiyi konfransın əsas məqsədi talassemiya və başqa nadir xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası sahəsində əldə olunan nailiyyətləri müzakirə etmək, həmçinin perspektivləri müəyyənləşdirməkdir. Konfransın

28-02-2025, 11:04

Aptekdə bunu edənlər 50 AZN cərimə olunacaq

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri təsdiqləyib. Yeni qaydalara əsasən, dərman vasitələrinin Azərbaycan dilində istifadə təlimatı olmadan satışına görə cərimə nəzərdə tutulur. Belə ki, əgər dərman vasitəsinin Azərbaycan dilində istifadə təlimatı qablaşdırmanın içərisində və ya yanında olmazsa və istehlakçının tələbi əsasında aptek tərəfindən çap edilərək təqdim edilməzsə, həmin aptekə cərimə tətbiq olunacaq. Bu halda aptek təşkilatları 50 manat məbləğində

20-02-2025, 11:09

Azərbaycanlı alim ÜST-də yüksək vəzifəyə təyin edilib

Tibb və hüquq elmləri doktoru, məhkəmə təbabəti üzrə professor Vüqar Qurban oğlu Məmmədov ÜST-nin Avropa Regional Bürosunun “Əlillik və sağlamlıq” (Disability and Health) Texniki Məsləhət Şurasının həmsədri təyin edilib. Bu barədə “Tibb qəzeti”nə məlumat verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini, Azərbaycan Tibb Universitetinin Məhkəmə təbabəti kafedrasının professoru Vüqar Məmmədov

17-02-2025, 14:36

Səhiyyə Nazirliyi və Baş Prokurorluq: Xüsusi Təftiş Komissiyası hələ işini bitirməyib

Səhiyyə Nazirliyi və Baş Prokurorluq plastik cərrahların fəaliyyəti ilə bağlı əhaliyə birgə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Son günlər müxtəlif media vasitələrində ölkədə ayrı-ayrı plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnamələrinin ləğv olunması ilə bağlı məlumatlar yayılır. Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik

7-02-2025, 19:04

Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi arıqlama çayları ilə bağlı əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsi elektron ticarət yolu ilə ölkəyə gətirilən “arıqlama çayı və qəhvələri” ilə bağlı əhaliyə birgə müraciət ünvanlayıblar. Nazirliyin Mətbuat xidmətinin yayımladığı müraciətdə deyilir ki, son dövrlər elektron ticarət yolu ilə kütləvi formada “arıqlama çayı və qəhvələri” adı altında müxtəlif markalı qəhvə və çayların Azərbaycan Respublikasına gətirilməsi artmaqdadır: “Həmin mallarla əlaqədar gömrük orqanlarında aparılan araşdırmalar nəticəsində qeyd

7-02-2025, 19:03

Azərbaycanda həkimlərin reklamına qadağa qoyulması təklif edilib

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunarkən Azərbaycanda həkimlərin reklamına qadağa qoyulması təklif edilib. Bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib. Komitə sədri bununla bağlı parlamentin yaz sessiyasının qanunvericilik işləri planına “Reklam haqqında” Qanuna dəyişikliklə bağlı məsələnin daxil edilməsini təklif edib. Bildirib ki, dəyişikliklərdə tibbi xidmətdə konkret

7-02-2025, 19:00



Aprel 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova