Tibbi müayinələr ailə quranlara məlumatlı seçim hüququ verir

Azərbaycan Respublikası Ailə Məcəlləsinə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinələri ilə bağlı edilən dəyişikliklər artıq öz bəhrəsini verir. 1 iyun 2015-ci il tarixindən 35 815 nəfər nikaha daxil olmaq istəyən şəxs artıq tibbi müayinədən keçib, onların arasında irsi qan xəstəlikləri və infeksion xəstəlikləri olanlar aşkarlanıb. Xatırladaq ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası”na uyğun olaraq, ailə

31-08-2015, 12:29

1057 dərmanın qiyməti təsdiq edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, ölkəmizdə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Tarif (qiymət) Şurasından verilən məlumata görə, bu ilin iyul ayında bu qurum 256 dərman vasitəsi üzrə qiymətləri təsdiq etmişdi. Şuranın avqustun 25-də keçirilmiş növbəti iclasında isə daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib. Ümumilikdə, elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri

31-08-2015, 12:13

E.B.Həmidova tibb xidməti general-mayoru ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Tibb İdarəsi – Müalicə - Diaqnostika Mərkəzinin rəisi Elşad Belal oğlu Həmidova tibb xidməti general mayoru ali hərbi rütbəsi verilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 21 avqust 2015-ci il.

31-08-2015, 12:00

A.A.Qasımova “Əməkdar həkim” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində səhiyyənin inkişafında xidmətlərinə görə Arif Araz oğlu Qasımova “Əməkdar həkim” fəxri adı verilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 17 avqust 2015-ci il.

31-08-2015, 11:55

Səhiyyə naziri Lənkəranda vətəndaşları qəbul edib

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, avqustun 28-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasında səhiyyə naziri Oqtay Şirəliyevin vətəndaşlar üçün səyyar qəbul günü keçirilib. Qəbul üçün Lənkəran sakinləri ilə yanaşı, Astara, Masallı və Lerik rayonlarından olan vətəndaşlar da müraciət ediblər. Səhiyyə naziri sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciət edən 17 nəfəri qəbul edib, onların problemlərini dinləyib və həlli ilə bağlı göstərişlər verib.

31-08-2015, 11:53

O.K.Şirəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasında səhiyyənin inkişafındakı xidmətlərinə görə Oqtay Kazım oğlu Şirəliyev “Şöhrət” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 12 avqust 2015-ci il.

31-08-2015, 11:46

Dopinq – dünya idmanının bəlası!

Güclü təsiredici maddələr Dərman vasitələri arasında bir qrup maddələr var ki, onlar narkotik vasitələrə və psixotrop maddələrə aid olmasa da, tibbi göstəriş olmadan və ya yüksək dozada qəbul edildikdə insanın həyatına və səhhətinə təhlükə yaradan güclü təsiredici maddələrdir. Hər hansı preparat bu qrupa BMT-nin Narkotik vasitələrə nəzarət üzrə Daimi komissiyasının nəticəsi əsasında aid edilir. Bu maddələr asılılıq vaziyyəti yarada, mərkəzi sinir sisteminə stumullaşdırıcı və ya depressiv təsir

28-08-2015, 12:48

Elanlar

Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla bağlı müsabiqə davam edir Ədliyyə Nazirliyi tibb xidmətinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplekləşdirilməsi üzrə tədbirlər davam etdirilir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə cavab verən həkim-ftiziatr, həkim-psixiatr, həkim-psixiatr-narkoloq, həkim-statistik, həkim-terapevt, həkim-cərrah,

30-07-2015, 13:14

Xaçmaz səhiyyəsini necə gördük?

«Tibb qəzeti» Xaçmaz rayonuna ikinci dəfədir səfər edir. Xatırladaq ki, bu rayonda ilk dəfə 2010-cu ildə Mərkəzi Rayon Xəstəxanasında (MRX) araşdırma aparmışdıq. Beləliklə, uzun fasilədən sonra yenə həmin ünvandayıq. Bu dəfə oxucularımıza Xaçmaz MRX ilə yanaşı, Qusarçay Kənd Sahə Xəstəxanası barədə də söhbət açacağıq. Mətləbə keçməzdən əvvəl xatırladaq ki, ilk araşdırmamız zamanı Xaçmaz MRX-dakı vəziyyət ümumilikdə qənaətbəxş olsa da, irili-xırdalı bir sıra çatışmazlıqlara da rast gəlmişdik:

30-07-2015, 12:56

Qida zəhərlənmələri 36 faiz azalıb

Azərbaycanda qida zəhərlənmələrinin sayında əhəmiyyətli azalma var. Belə ki, bu ilin 6 ayı ərzində ölkə ərazisində 331 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Halbuki keçən ilin müvafiq dövründə 521 hadisə baş vermişdi. Beləliklə, bu, 2015-ci ilin ilk yarımilində qida zəhərlənməsi hadisələrinin ötən ilin yanvar-iyun aylarına nisbətən 36,5 faiz azaldığını göstərir. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda o da bildirilir ki, qida zəhərlənməsi hadisələrindən

30-07-2015, 12:51



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova