Bir ayda 10 mindən çox adam nikahdan qabaq müayinədən keçib

Ölkəmizdə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu vaxtdan – 2015-ci il iyunun 1-dən bu ilin fevral ayının sonuna qədər 249 050 nəfər tibbi müayinədən keçib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yalnız 2017-ci ilin fevral ayı ərzində nikaha daxil olmaq istəyən 10 541 nəfər müayinə edilib. Ümumilikdə, müayinədən keçənlərin əksəriyyətinin sağlamlıq durumu qənaətbəxş olub. Bununla belə, müayinələrdən keçmiş şəxslərdən bəzilərində hemoqlobinopatiyalar və müxtəlif xarakterli infeksiyalar aşkarlanıb. Belə ki, fevral ayında müayinədən keçmiş 440 nəfərdə talassemiya daşıyıcılığı, 49 nəfərdə sifilis, 9 nəfərdə isə İİV infeksiyası aşkar olunub.
Xəbəri paylaş