Ana və uşaq sağlamlığı üzrə tədbir

Respublika Perinatal Mərkəzində “Ana və uşaqların sağlamlığının qorunması” proqramı çərçivəsində tədbir keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda paytaxtın aparıcı doğuşayardım müəssisələrinin həkim-ginekoloq, anestezioloq və funksional diaqnostika həkimləri iştirak ediblər.
Tədbirdə mamalığın ən aktual məsələlərindən olan qanaxmaların profilaktikası, müayinəsi, diaqnostika və müalicəsi barədə məruzələr dinlənilib. Azərbaycan Tibb Universitetinin professoru İslam Mahalov “Mamalıq qanaxmaları – sübutlu təbabət baxımından yeni yanaşmalar” mövzusunda çıxış edib.
Xəbəri paylaş