Stresslə mübarizə üzrə seminar keçirilib

Respublika Diaqnostika Mərkəzi (RDM) tərəfindən ADA Universitetinin tələbələri üçün stresslə mübarizəyə həsr olunmuş seminar keçirilib.
Tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə seminarın əhəmiyyətindən danışıb, sağlamlığın qorunması istiqamətində aparılan maarifləndirici tədbirlərin vacibliyini vurğulayıb.
RDM-in həkim-psixiatrı Murad Sultanov seminarda çıxış edərək, stressi yaradan səbəblər, onun əlamətləri, stressin mənfi və pozitiv yönləri, stressin idarə olunmasının fərdi texnikaları, stress və endokrin sistem, ümumi adaptasiya sindromu barədə məlumat verib.
Sonra seminar iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.
Xəbəri paylaş