Elanlar

Beyləqan Rayon Mərkəzi Xəstəxanası RMX Tibb bacısı (qardaşı) - 2.0 (poliklinika ş.) Tibb bacısı (qardaşı) - 2.0 (pediatriya ş.) Feldşer - 2.0 (TTY ş.) Birinci Şahsevən KSX Tibb bacısı (qardaşı) - 12.0 Təzəkənd KSX Tibb bacısı (qardaşı) - 1.0 Kəbirli HM Tibb bacısı (qardaşı) - 1.0 Eyvazlılar HM Feldşer - 1.0 Birinci Aşıqlı HM Mama - 1.0 Aşağı Çəmənli HM Mama - 1.0 Bünyadlı HM Mama - 1.0 Sarı-su TM Feldşer - 1.0 Bolsulu TM Məntəqə müdiri - 1.0 İkinci Aşıqlı TM Mama - 1.0 Ünvan: S.Qaziyev, 51.

29-12-2017, 18:18

Ümumdünya QİÇS-lə mübarizə günü

İİV/QİÇS problemi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin daim diqqət mərkəzindədir. İİV yoluxmalarının aşağı səviyyədə olduğu ölkələr sırasına daxil olan Azərbaycanda bu xəstəlik əsasən yüksək risk qrupuna aid inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Bu məlumatlar 1 dekabr – Ümumdünya QİÇS-lə mübarizə günü münasibətilə Respublika QİÇS-lə Mübarizə Mərkəzində keçirilmiş tədbirdə səsləndirilib. Mərkəzin Təşkilati-metodik iş şöbəsinin müdiri Eldəniz Muradov tədbirdə çıxış edərək

29-12-2017, 17:04

Dəyərli ziyalı, bənzərsiz şəxsiyyət!

Xalqımızın ensiklopedik biliyə, yüksək intellektə malik, sayılıb-seçilən görkəmli ziyalısı Eyyub Bəşirov 91 yaşında dünyasını dəyişib. E.Bəşirov heyvanların törəyib-çoxalması biologiyasının və süni mayalandırılmasının öyrənilməsi istiqamətində fundamental tədqiqatlar aparıb və elmi nəticələr əldə edib. Elmdə “Bəşirov metodu” da məhz onun adı ilə bağlıdır. Onun 1964-cü ildə İtaliyanın Trento şəhərində keçirilən V Beynəlxalq Elmi Konqresdə böyük maraqla dinlənilən elmi məruzəsi bioloqların V

29-12-2017, 12:58

Avtoqəzalar zamanı xəsarət alanların sayı azalır

Bu ilin on ayı ərzində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) avtonəqliyyat qəzaları ilə əlaqədar 1937 müraciət daxil olub və həmin hadisələr nəticəsində 1691 nəfər xəstəxanalara yerləşdirilib. Ötən ilin müvafiq dövrü ərzində 2020 nəqliyyat hadisəsi nəticəsində 1771 nəfər hospitalizasiya olunduğunu nəzərə alsaq, müqayisədə avtonəqliyyat qəzaları 83 hadisə azalıb, hospitalizasiya sayında isə 80 nəfər azalma baş verib. Bu barədə BŞTTTYS-nın baş həkiminin müavini

30-11-2017, 14:02

Beynəlxalq Gözdən Əlillər Günü

Cəmiyyətin diqqətini görmə qabiliyyətini itirənlər problemlərinə cəlb etmək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 13-nü Beynəlxalq Gözdən Əlillər Günü kimi qeyd edir. ÜST-nin məlumatına görə, hazırda dünyada təxminən 124 milyon insan görmə qabiliyyətini tam itirib və qarşıdan gələn illərdə onların sayı daha da arta bilər. Azərbaycan dövləti digər əlillik statusu olanlar kimi, gözdən əlil insanlara da xüsusi diqqət və qayğı göstərir. Onların etibarlı sosial müdafiəsi,

30-11-2017, 12:17

Zemfira Topçubaşovanın tibb elmindəki misilsiz xidmətləri unudulmayacaq

Respublika Perinatal Mərkəzində Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə-profilaktika fakültəsinin I Mamalıq-ginekologiya kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, prezident təqaüdçüsü Zemfira Topçubaşovanın xatirə gecəsi keçirilib. Tədbirdə çıxış edən mərkəzin direktoru, Səhiyyə Nazirliyinin mamalıq-ginekologiya üzrə baş mütəxəssisi Sevinc Məmmədova Z.Topçubaşovanın həyat və fəaliyyətindən danışıb. O bildirib ki, ömrünün 60 ildən çoxunu tibb təhsilinə həsr edən

30-11-2017, 12:09

“Azerbaijan Changing Diabetes Awards” mükafatının təqdimatı

Heydər Əliyev Fondu və “Novo Nordisk” şirkətinin birgə reallaşdırdığı “Azerbaijan Changing Diabetes Awards” layihəsi çərçivəsində təsis edilmiş mükafatların qalibləri bəlli olub. Qabaqcıl elm adamlarından və Pasiyent Assosiasiyasının üzvlərindən ibarət Məsləhət Şurasının bir neçə mərhələdə dəyərləndirmə və seçim edərək müəyyənləşdirdiyi qaliblər noyabrın 29-da keçirilən xüsusi mərasimdə elan edildilər. Tədbiri giriş sözü ilə Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəhbəri

30-11-2017, 12:04

Ümumdünya Diabet Günü

“2015-ci ildə dünyada 242 milyona yaxın diabet xəstəsi var idi. Son hesablamalara əsasən, 2040-cı ildə bu rəqəmin 625 milyona çatacağı ehtimal olunur. Azərbaycanda isə hazırda 242 min diabet xəstəsi qeydiyyatdadır və onlardan 1556 nəfəri uşaqlardır”. Bu haqda Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 14 noyabr – Ümumdünya Diabet Gününə həsr olunmuş brifinqdə Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Salek məlumat verdi. Birinci tip şəkərli diabetə əsasən 25-30 yaşa qədər

30-11-2017, 11:59

Gəncədə tibbi elmi-praktik konfrans keçirilib

Səhiyyə Nazirliyi və Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Gəncədə Dövlət Bayrağı Gününə həsr olunmuş “Səhiyyənin aktual problemləri: pediatrik, psixiatrik, nevroloji, cərrahi, anestezioloji aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib. Toplantıda yerli səhiyyə orqanlarına dəstək məqsədilə Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının assistenti İkram Rüstəmov və I Uşaq xəstəlikləri kafedrasının assistenti Nigar Sədiyeva, Səhiyyə Nazirliyinin Tibbi

30-11-2017, 11:57

Bölgələrdə pediatrlar üçün təlimlər keçirilir

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Səhiyyə Nazirliyi və UNICEF-in Azərbaycan nümayəndəliyi arasında 2016-2017-ci illər üçün imzalanmış Fəaliyyət Proqramına əsasən, ölkəmizin müxtəlif bölgələrində pediatrlar üçün körpə və erkən yaşlı uşaqların qidalanmasına və uşaq inkişafının monitorinqinə həsr olunmuş təlimlər keçirilməyə başlanıb. Təlimləri Ə.Əliyev adına

30-11-2017, 11:56




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova