Gəncədə tibbi elmi-praktik konfrans keçirilib

Səhiyyə Nazirliyi və Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Gəncədə Dövlət Bayrağı Gününə həsr olunmuş “Səhiyyənin aktual problemləri: pediatrik, psixiatrik, nevroloji, cərrahi, anestezioloji aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Toplantıda yerli səhiyyə orqanlarına dəstək məqsədilə Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının assistenti İkram Rüstəmov və I Uşaq xəstəlikləri kafedrasının assistenti Nigar Sədiyeva, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova, eləcə də Mərkəzi Neftçilər Xəstəxanasının əməkdaşları mövzu ilə bağlı məruzələrlə çıxış ediblər.
Tədbir çərçivəsində Kəlbəcərdən olan məcburi köçkünlərin tibbi müayinələri həyata keçirilib.
Elmi-praktik konfransda Şəki, Kəlbəcər, Sumqayıt və Gəncə tibb müəssisələrinin həkimləri iştirak ediblər.
Xəbəri paylaş