2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Dünya Xərçəng Əleyhinə Mübarizə Günü kimi qeyd edilir. Həmin günün təsis edilməsinin başlıca məqsədi diqqəti bu qlobal problemə yönəltmək, eləcə də xərçəng xəstəliyinin təhlükəlilik dərəcəsi və onun yeni müalicə üsullarını dünya ictimaiyyətinə çatdırmaqdır. Xərçəng orqanizmin hər hansı hissəsində anomal hüceyrələrin sürətlə inkişaf edərək əhatəsini genişləndirməsi ilə özünü büruzə verən yüzdən çox
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ukraynanın Qanunvericilik və Keyfiyyətə Nəzarət Beynəlxalq Texniki Məktəbi tərəfindən "Tibb müəssisələrində keyfiyyəti idarəetmə sistemi üzrə mütəxəssis" mövzusunda təlimlər keçirilib. Üç gün davam edən təlimin ilk günündə çıxış edən İSİM-in direktoru Qəhrəman Haqverdiyev bildirib ki, səhiyyədə idarəetmə üzrə təlim proqramlarının həyata keçirilməsi və keyfiyyəti idarəetmə sistemi üzrə səhiyyə mütəxəssislərinin
Sinir sisteminin anadangəlmə anomaliyaları son dövrlər aktual problemlərdən sayılır. Aparılan araşdırmaya görə, dünyada diri doğulan 1000 körpədən 6-11-i qüsurlarla anadan olur. Bətndaxili qüsurların diaqnostikası və korreksiyası neyrocərrahlarla yanaşı, həm də ginekoloq və nevropatoloqları ciddi narahat edən məsələlərdəndir. Azərbaycan Tibb Assosiasiyasının Neyrocərrahiyyə Dərnəyinin I Beynəlxalq Konfransında həmin problem müzakirə olunub. Konfransın açılışında çıxış edən Azərbaycan Tibb
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Tibb işçilərinin sertifikasiyası və rezidentlərin attestasiyası” üzrə beşgünlük təlimlər keçirilib. Treninqin açılışında çıxış edən mərkəzin direktoru Qəhrəman Haqverdiyev Azərbaycanda sertifikasiya, tibb işçilərinin vahid reyestrə daxil edilməsi qaydaları barədə məlumat verib: “Sertifikasiya səhiyyə mütəxəssislərinə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün hüquq verən prosesdir. Tabeliyindən və
Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əhaliyə müasir tibbi yardımın göstərilməsi üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını təmin etmək məqsədilə Şirvan şəhərində pediatrlar üçün distant kurs təşkil edib. Kursa Şirvan şəhərində, Hacıqabul, Salyan və Sabirabad rayonlarında çalışan 34 nəfər pediatr, neonatoloq və təcili tibbi yardım həkimləri cəlb olunub. İnstitutun Pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova həkim-dinləyicilərə distant dərslərin
Əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması Prezident İlham Əliyevin sosial siyasətinin mühüm istiqamətlərindən biridir. Dövlət başçısının bütün ölkə vətəndaşlarının, o cümlədən məcburi köçkünlərin sağlamlığının qorunmasını daim diqqət mərkəzində saxlaması da bunu təsdiqləyir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) səyyar klinikalarının Azərbaycanın paytaxtında, müxtəlif şəhər və rayonlarında mütəmadi olaraq təşkil etdiyi aksiyalar da məhz dövlət başçısının
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, bu ilin yanvar ayında Səhiyyə Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Seçkilərin nəticələrinə əsasən, Qorxmaz Ağayev (“Tibb işçilərinin hüquqi maarifləndirilməsinə yardım” İctimai Birliyi), Tariyel
Azərbaycan Tibb Universitetinin (ATU) İnsan anatomiyası və tibbi terminologiya kafedrasının nəzdində yeni tədris mərkəzinin açılışı olub. Kafedranın 100 illik yubileyinə həsr olunmuş açılış mərasimində səhiyyə naziri Oqtay Şirəliyev iştirak edib. Səhiyyə nazirinə mərkəzin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının 100 illiyi münasibətilə, yeni layihə əsasında yenidən qurulması və innovativ avadanlıqlarla təchiz edilməsi haqqında məlumat verilib. Bildirilib ki, mərkəzdə tədris
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Buzovna qəsəbəsindəki 1 saylı Psixonevroloji sosial xidmət müəssisəsinin binasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Psixonevroloji sosial xidmət müəssisəsi 1974-cü ildə yaradılıb. 2018-ci ildən başlayaraq Heydər Əliyev Fondu tərəfindən bu
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında universitetin I Cərrahi xəstəliklər kafedrasının 100 illik yubileyinə həsr olunmuş V Bakı – Malatya Orqan Transplantasiya Günləri keçirilib. Tədbirdə azərbaycanlı həkimlərlə yanaşı, türkiyəli mütəxəssislər də iştirak ediblər. Klinikanın direktoru, professor Surxay Hadıyev çıxış edərək, Bakı-Malatya Orqan Transplantasiya Günlərinin keçirilməsinin artıq ənənə halı aldığını və belə konfransların təhsilin, eləcə də səhiyyənin