Tibb müəssisələrində keyfiyyəti idarəetmə sistemi üzrə təlimlər keçirilib

Tibb müəssisələrində keyfiyyəti idarəetmə sistemi üzrə təlimlər keçirilib

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Ukraynanın Qanunvericilik və Keyfiyyətə Nəzarət Beynəlxalq Texniki Məktəbi tərəfindən "Tibb müəssisələrində keyfiyyəti idarəetmə sistemi üzrə mütəxəssis" mövzusunda təlimlər keçirilib.
Üç gün davam edən təlimin ilk günündə çıxış edən İSİM-in direktoru Qəhrəman Haqverdiyev bildirib ki, səhiyyədə idarəetmə üzrə təlim proqramlarının həyata keçirilməsi və keyfiyyəti idarəetmə sistemi üzrə səhiyyə mütəxəssislərinin hazırlanması səhiyyə sisteminin fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynayır.
Ukraynadan dəvət olunmuş mütəxəssis Yelena Ramazanova iştirakçılara tibbi xidmət keyfiyyətinin idarəetmə xüsusiyyətləri, xidmət keyfiyyətinin təminatı sahəsində Ümumdünya Səhiyyə Təşkilatının konsepsiyası, keyfiyyəti idarəetmə prinsipləri barədə məlumat verib, MDB və Avropa İttifaqı ölkələrində əhalinin sağlamlıq vəziyyəti arasındakı fərqlər barədə statistik məlumatları diqqətə çatdırıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova