İctimai Şuranın növbəti iclası keçirilib

Səhiyyə Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub. Toplantıda Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov, Sanitariya-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov, eləcə də İctimai Şuranın sədri Rüstəm Salayev, sədr müavini Ziba Nəbiyeva, şuranın katibi Taryel Eyvazov və şuranın üzvü Yeganə Sultanova iştirak ediblər. İclası İctimai Şuranın sədri Rüstəm Salayev giriş sözü ilə açaraq, il ərzində görülən işlər barədə

29-02-2020, 12:16

Çin həmrəyliyə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edir

“Çində belə bir məsəl var: “Həqiqi dost pis gündə tanınır”. Üzləşdiyimiz bu çətin günlərdə biz dostlarımızla düşmənlərimizi daha yaxşı ayırd edir, çətinliklərimizi aradan qaldırmaq üçün bizimlə birlikdə mübarizə aparan dostlarımızın dəyərini daha yaxşı bilirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 1-də Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinə ünvanladığı məktubda epidemiyanın yayılmasının və insan tələfatının qarşısını almaq üçün Çin hökumətinin atdığı addımları,

29-02-2020, 12:12

Dünya COVID-19 virusu ilə mübarizəyə qalxıb

Dünyanın bir çox ölkəsində sürətlə böyük təhlükəyə çevrilən yeni 2019-nCoV koronavirusuna Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədə keçirilən konfransında “COVID-19” rəsmi adı verilib. Öz giriş nitqində ÜST-nin baş direktoru Tedros Adhanom Gebreyesus toplantı iştirakçılarına müraciətlə deyib: “Koronavirus haqqında bizim bilmədiklərimiz hələ çoxdur. Biz sizin bilik və təcrübənizdən istifadə edərək, öz suallarımıza cavab tapmaq, yəqin ki, hələ də bizə məlum olmayan problemləri üzə çıxarmaq

29-02-2020, 12:02

Səhiyyə Nazirliyi koronavirus əleyhinə zəruri tədbirlər görür

Azərbaycanda koronavirusun diaqnostikası Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində aparılır. Virusa yoluxduğu şübhə doğuran şəxslərdən götürülən nümunələr mərkəzdə testlər vasitəsilə yoxlanılır. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, COVİD-19 koronavirus epidemiyasının diaqnostik alətlər dəsti (testlər) Azərbaycana gətirilib və müvafiq tibb müəssisəsinə verilib. Alətlər dəstinin ölkəyə gətirilməsini Ümumdünya Səhiyyə Təşkilatı

29-02-2020, 11:55

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstə uşaqlara baş çəkib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ərəfəsində onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb. Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klinikasında keçirilən görüş zamanı Leyla Əliyeva uşaqların səhhəti və müalicələrinin gedişi ilə maraqlanıb. Klinikada müalicə olunan uşaqlara hədiyyələr təqdim edilib.

29-02-2020, 11:52

ÜST Azərbaycan nümayəndəliyi: Səhiyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər ÜST-nin tövsiyələrinə uyğundur

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla mübarizəni gücləndirmək məqsədilə dünyanın bir neçə regionunda, o cümlədən Cənubi Qafqazda regional mərkəzlər yaradıb. ÜST-nin Səhiyyədə Fövqəladə Hallar Proqramının Cənubi Qafqaz üzrə Mərkəzi Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşir. Bu mərkəzin əsas məqsədi Cənubi Qafqaz regionundakı ölkələrin ictimai səhiyyə sahəsindəki fövqəladə hallara hazırlıq və cavab potensialını gücləndirmək üçün xüsusi və prioritetlərə uyğun texniki dəstək

29-02-2020, 11:50

Səhiyyə naziri Oqtay Şirəliyev İmişlidə iki rayonun sakinlərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə səyyar qəbul günlərinin təşkili davam edir. Bu görüşlərdə vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılır, onların həlli istiqamətində tədbirlər görülür. Tərtib edilmiş cədvələ uyğun olaraq, Səhiyyə naziri Oqtay Şirəliyevin bu qəbildən növbəti qəbul günü İmişli Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Nazir Saatlı və İmişli rayonlarının sakinlərini

29-02-2020, 11:47

Ukraynalı professor tələbələrə nanotexnologiyalar barədə məlumat verib

Azərbaycan Tibb Universitetinin (ATU) Bioloji kimya kafedrasında seminar keçirilib. Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov seminarda təhsil ocağının beynəlxalq əlaqələrinin getdikcə genişlənməsi barədə danışıb. O, ATU-nun qonağı – Ukraynada İvan Franko adına Droqobıç Dövlət Pedaqoji Universitetinin və Polşada Lublin Katolik Universitetinin professoru Taras Kavetskini salamlayıb. Ukrayna-Azərbaycan Beynəlxalq Tədqiqat və Təhsil Mərkəzinin Azərbaycan üzrə rəhbəri, Bakı

29-02-2020, 11:46

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 3 nömrəli Şəhər Klinik Xəstəxanasında olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Sabunçu rayonunda yerləşən 3 nömrəli Şəhər Klinik Xəstəxanasının Doğum şöbəsində olub. Altmış çarpayılıq Doğum şöbəsi Heydər Əliyev Fondu tərəfindən yeni küvez aparatları ilə təchiz edilib. Leyla Əliyevaya tənəffüs problemləri və digər problemlərlə doğulduqları üçün bu xüsusi aparatlara yerləşdirilən körpələrin müalicəsi haqqında məlumat verilib.

29-02-2020, 11:44

Vərəmin müalicəsinə müasir yanaşmalar

Bakıda bu mövzuda seminar keçirilib Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Ftiziatriya kafedrası Bakıdakı 19 nömrəli Şəhər Poliklinikasında “Vərəmin erkən aşkarlanması, profilaktikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda seminar keçirib. Tədbirdə vərəmin erkən aşkarlanması məqsədilə ilkin tibbi xidmət mərhələsində tibb işçilərinin və əhalinin sanitar maarifləndirilməsi, stiqma hallarının aradan qaldırılması istiqamətində müzakirələrin

29-02-2020, 11:44




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova