İctimai Şuranın növbəti iclası keçirilib
Səhiyyə Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub.
Toplantıda Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov, Sanitariya-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov, eləcə də İctimai Şuranın sədri Rüstəm Salayev, sədr müavini Ziba Nəbiyeva, şuranın katibi Taryel Eyvazov və şuranın üzvü Yeganə Sultanova iştirak ediblər.
İclası İctimai Şuranın sədri Rüstəm Salayev giriş sözü ilə açaraq, il ərzində görülən işlər barədə məlumat verib.
Sonra koronavirusa qarşı görülən tədbirlər barədə nazirliyin sektor müdiri Viktor Qasımov çıxış edib. O bildirib ki, bu sahədə zəruri olan bütün vasitələr ölkəmizə gətirilib və bütün hazırlıq işləri görülüb.
İctimai Şura üzvlərini maraqlandıran suallar Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov tərəfindən cavablandırılıb.