Ukraynalı professor tələbələrə nanotexnologiyalar barədə məlumat verib

Ukraynalı professor tələbələrə nanotexnologiyalar barədə məlumat verib

Azərbaycan Tibb Universitetinin (ATU) Bioloji kimya kafedrasında seminar keçirilib.
Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müşfiq Orucov seminarda təhsil ocağının beynəlxalq əlaqələrinin getdikcə genişlənməsi barədə danışıb. O, ATU-nun qonağı – Ukraynada İvan Franko adına Droqobıç Dövlət Pedaqoji Universitetinin və Polşada Lublin Katolik Universitetinin professoru Taras Kavetskini salamlayıb.
Ukrayna-Azərbaycan Beynəlxalq Tədqiqat və Təhsil Mərkəzinin Azərbaycan üzrə rəhbəri, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Rövşən Xəlilov professor Taras Kavetski ilə 7 ildir birgə elmi-tədqiqat işləri apardığını bildirib, materiyanın canlı və cansız aləmini tədqiq edən, pozitron annihilyasiya sahəsində dünyanın aparıcı mütəxəssislərindən biri olan T.Kavetskinin Almaniya, Çin, Slovakiya və dünyanın bir sıra ölkələrində elmi-tədqiqat işləri apardığı barədə danışıb.
Professor T.Kavetski “Laktat əsaslı amperometrik biosensorların təkmilləşdirilməsi üçün yeni polimer matrisalar və nanodaşıyıcılar” mövzusunda məruzə ilə çıxış edib, nanotexnologiyalar, müasir nanosistemlərin ayrı-ayrı sahələrdə, o cümlədən tibb sahəsində uğurla tətbiqi ilə bağlı iştirakçılara geniş məlumat verib.
Sonda qonaq professor seminar iştirakçılarını maraqlandıran sualları cavablandırıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova