Aorta və qalça arteriyaları anevrizması müasir endovaskulyar üsulla əməliyyat olunub

Aorta və qalça arteriyaları anevrizması müasir endovaskulyar üsulla əməliyyat olunub

Respublika Müalicə Diaqnostika Mərkəzinə (RMDM) müraciət edən, aorta və qalça arteriyaları anevrizmaları diaqnozu qoyulan xəstə əməliyyat edilib. Uğurla başa çatan əməliyyatdan üç gün sonra xəstə evə yazılıb.
Mərkəzdən verilən məlumata görə, qarnında döyüntüsünü hiss etdiyi şiş və ağrı səbəbi ilə müraciət edən 64 yaşlı kişi pasiyentə müayinə nəticəsində yırtılma və ölümcül qanama riski yüksək olan, ölçüsü 60 millimetrdən böyük aorta və qalça arteriyaları anevrizmaları diaqnozu qoyulub. Xəstə üzərində əməliyyat RMDM-də ən müasir avadanlıqlarla təmin olunmuş unikal hibrid salonunda, diaqnostik və invaziv radioloq və endovaskulyar cərrah, professor Əhməd Məmişin başçılığı ilə aparılıb. Cərrahi müdaxilə zamanı qarın boşluğu açılmadan, qasıq arteriyasından girilərək, içərisinə tək giriş ilə yerləşdirilən stent-qraft vasitəsilə anevrizmalar tam bağlanıb. Bədəndəki ən böyük arteriyalar olan aorta və qalça arteriyalarının divar sağlamlığının tam bərpa edilməsi mümkün olub. Pasiyent əməliyyatın səhəri günü ayağa qaldırılıb və üç gün sonra evə yola salınıb.
Aorta anevrizması hazırda müasir endovaskulyar əməliyyat texnikası ilə, qarın və ya döş boşluqları böyük kəsiklərlə açılmadan, sadəcə kiçik kəsik arteriyası girişi sayəsində, salvar və ya tub stent-qraft yerləşdirilməsi üsulu vasitəsilə minimal invaziv olaraq “xəstə bədəninə ən az ziyan vermək” prinsipi ilə müalicə oluna bilir.
Azərbaycanda bu əməliyyatları ilk həyata keçirən professor Əhməd Məmiş və komandası olub. Professor Ə.Məmiş qan-damar sisteminin bütün bədəndə ayrıca bir orqan sistemi kimi qəbul edilməsinin çox önəmli olduğunu bildirib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova