“Hirudoterapiya - 100 suala cavab”

“Hirudoterapiya - 100 suala cavab”

“Hirudoterapiya zəli müalicəsi haqqında elmdir. Bu müalicə növünün 200-300 əsrlik tarixi var. Bəzi alimlər zəlinin insan yaşadığı gündən mövcud olduğunu yazırlar. Zəli ilə müalicə əsrlər boyu müxtəlif maneələrə rast gəldiyi üçün müəyyən dövrlərdə öz əhəmiyyətini itirib. Ancaq dünyada elə bir xalq yoxdur ki, zəli ilə müalicədən istifadə etməsin. 1884-cü ildə zəlinin ağız suyundan hirudin adlı fermentin tapılması ilə zəli müalicəsinə maraq, diqqət artıb. Bu metod son 20-25 ildə Avropa, Asiya və Amerikanın müxtəlif ölkələrində geniş yayılmağa başlayıb”.
Bu haqda Moskva Hirudoterapevtlər Alyansının üzvü Şahmar Məmmədovun ötən il nəşr edilən “Hirudoterapiya” monoqrafiyasında məlumat verilib. Kitabda qeyd olunub ki, hirudoterapiya kimi orqanizmi saflaşdıran, toksiki maddələrdən təmizləyən, cavanlaşdıran, yüksək effektə malik, ziyansız, ucuz başa gələn, əks-göstərişi çox az olan ikinci bir tibb sahəsi yoxdur. Hirudoterapiya elmi haqqında əsas kəşflər, yeniliklər əsasən 1990-cı ildən sonraya təsadüf edir və beləliklə də, bu mövzunun aktuallığı günü-gündən artır.
Dünya tibb ədəbiyyatında zəli müalicəsi haqqında elmi əsərlərin əksəriyyəti Rusiya alimlərinin payına düşür. Respublikamızda isə zəli müalicəsi haqqında yazılan kitablar çox kiçik həcmli olub, daha çox xarici ölkələrin tibb ədəbiyyatından edilən tərcümələrdən ibarətdir. Şahmar Məmmədovun geniş həcmli “Hirudoterapiya” kitabı bu baxımdan istər oxucular, istərsə də mütəxəssislər üçün maraq doğuran elmi əsərdir.
Müəllif göstərir ki, Azərbaycanda zəli ən çox Masallı rayonunun Mollaoba kəndində, xüsusi hazırlanmış təmiz biofermalarda yetişdirilir. Tibbi zəlilər apteklərdə satılır və istifadə olunan zəlilərin müvafiq nazirlik tərəfindən xüsusi lisenziyası var.
“Hirudoterapiya” monoqrafiyası zəngin elmi dəlil və mülahizələrlə diqqət çəkir. Burada zəli tərəfindən bədənə ötürülən 250-dən çox fermentdən bir çoxunun xarakteristikası barədə elmi izahlar və qeydlər əsərin elmi dəyərini xeyli artırır.
Ş.Məmmədov məlumat verir ki, insan bədənində büzdüm nahiyəsindən başın ən yuxarı nöqtəsinə qədər 7 çakra var. Şərq elmində çakra “təkər”, “dairə” anlamındadır. Çakralar ətraf mühitdən alınan enerji və informasiyanı bədənə ötürən və onu bədəndən xaric edən xüsusi enerji mərkəzi və strukturlarıdır. Bu mövzu “Hirudoterapiya” kitabında ətraflı işlənib, bütün çakraların sxemi, lokalizasiyası, funksiyası və xarakteristikası rəngli şəkillərlə aydın əksini tapıb. Müəllif kitabda 7 əsas çakranın fırlanan konus şəklində olduğunu, konusların zirvəsinin onurğa boyunca yerləşən diametrinin 3-5 santimetrdən az olmadığını qeyd edərək, bundan əlavə, 5 cüt köməkçi çakranın da mövcudluğunu yazır. Ş.Məmmədov göstərir ki, çakralar vasitəsilə insan xarici mühitdən enerji alır, işlənmiş, istifadə olunmuş enerji də onların vasitəsilə bədəndən xaric edilir. Bu enerji mübadiləsində nasazlıqlar adətən özünü patologiya halında büruzə verir. Çakraların işində blokadanı, tıxacı götürən ən etibarlı və effektli müalicə növü isə zəli ilə müalicədir. Müəllif bildirir ki, zəli müalicəsinin ilk seansları çakraların işini bərpa etməyə yönəlməli, sonra yerli patologiyanın müalicəsinə keçilməlidir.
Elmi əsərdə zəlinin qoyulmasının 2 üsulu göstərilib. Birinci – bədənə qoyulan zəli axıra qədər doyub, özü sərbəst düşənə qədər saxlanılır. Bu üsul geniş yayılıb və buna sedativ üsul da deyirlər.
Abuladze metodu adlandırılan ikinci üsulda isə lazımi sayda zəli qoyulur, onlar dalğavarı hərəkətlərlə qan sormağa başlayan kimi, təxminən 5-7 dəqiqədən sonra məcburi olaraq götürülür. Bu zaman spirtli pambıqla zəlinin başına toxunanda o saat yaradan düşür. Bu müddət ərzində zəli orqanizm üçün vacib olan bioloji aktiv maddələri bədənə ötürür.
Zəli seansları 3 gündən bir və ya həftədə 1 dəfə aparılır. Adətən I-II seanslar 3 gündən bir, sonrakı seanslar həftədə 1 dəfə olur. Kurslar 5-10 seans olmaqla, xəstəliyin gedişindən və müalicənin effektliliyindən asılı olaraq təyin edilir. Kurslararası fasilə 1-3 aydır. Zəlini bioloji aktiv nöqtələrə qoyduqda müalicənin effekti cox yüksək olur. Uyğun patologiyada hansı nöqtələrə zəlinin qoyulması haqqında dəqiq məlumat vardır. Kitabın sonunda verilən şəkillər zəlinin hansı nöqtələrə dəqiq qoyulması baxımından əhəmiyyətlidir.
14 fəsildən ibarət bu elmi kitabda bütün xəstəliklərin klinikası, zəli ilə müalicə seanslarının növbələşməsi, digər məsələlər öz əksini tapıb. Bir sıra xəstəliklər, o cümlədən Bexterev, Reyno xəstəlikləri, yazı spazması, üz sinirinin nevriti, yemək borusunun xəstəlikləri, impotensiya, xroniki yorğunluq sindromu kimi patologiyalarda zəlinin tətbiqi ilk dəfə “Hirudoterapiya” kitabında ətraflı araşdırılıb və bu barədə müfəssəl məlumat verilib.
Əsərdə qeyd olunan “100 suala cavab” bölməsi də xüsusi maraq doğurur, eyni zamanda, onun elmi dəyərini daha da artırır. Kitabda yer alan 100-ə yaxın rəngli şəkil müəllifin gündəlik təcrübəsi əsnasında çəkilib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova