İl ərzində dərman zəhərlənmələri ilə əlaqədar 118 müraciət olub

Bu il ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ilansancma ilə əlaqədar 106 zərərçəkən, o cümlədən 14 uşaq müraciət edib və onların hamısı müalicə olunaraq evə göndərilib. Bu barədə Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. Onun sözlərinə görə, şöbəyə ilin əvvəlindən indiyədək sarı əqrəb dişləməsi nəticəsində 16 nəfər, göbələkdən zəhərlənmə ilə əlaqədar 6, dərman zəhərlənməsi ilə əlaqədar 118 nəfər daxil olub. İl ərzində 49 nəfər kəskin allergik reaksiyalarla, 67

26-11-2020, 11:15

Səhiyyə Nazirliyi COVID-19 ilə mübarizədə iştirak edənlərə sentyabr ayı üzrə müddətli əlavələri ödəyib

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2020-ci il tarixli 202 nömrəli qərarına əsasən, sentyabr ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib. Belə ki, Səhiyyə Nazirliyinin

26-11-2020, 11:08

Masallının Yeddioymaq kəndində yeni həkim məntəqəsi tikilib

Masallı rayonunun Yeddioymaq kəndində həkim məntəqəsi üçün yeni inşa edilmiş bina istifadəyə verilib. Səhiyyə ocağının yeni binasında kənd sakinlərinin müayinə və müalicəsi üçün hər cür şərait yaradılıb. Sakinlər daim ölkə vətəndaşlarının sağlamlığı qayğısına qalan Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

26-11-2020, 11:07

COVID-19 ilə mübarizənin epidemioloji aspektləri

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) baş direktorunun müavini Vaqif Abdullayev onlayn müsahibəsində Azərbaycanda COVID-19 ilə mübarizənin epidemioloji aspektləri barədə məlumat verib. V.Abdullayev qeyd edib ki, son yüzilliyin ən geniş yayılmış pandemiyalarından biri özünün hələ tam öyrənilməyən virusoloji, epidemioloji, immunoloji, kliniki, patogenetik və digər aspektləri sayəsində dünya ölkələrini bir sıra sosial-iqtisadi problemlərlə üzləşdirib. Onun

26-11-2020, 10:59

ATU-nun hazırlıq kursuna əcnəbilərin qəbulu davam edir

Azərbaycan Tibb Universitetinin (ATU) hazırlıq kursuna əcnəbi vətəndaşların 2020-2021-ci tədris ili üçün qəbulu aparılır. Avqustun 20-dən başlayan qəbul prosesinin dekabra qədər davam edəcəyi planlaşdırılır. Qeyd edək ki, ATU-nun Böyük Elmi Şurasının qərarına əsasən, universitetə əcnəbi vətəndaşların qəbulu admission.amu.edu.az veb-portalı üzərindən həyata keçirilir. Bu məqsədlə lazımi sənədlərin elektron variantı portala yüklənilir. Sənədlər yoxlanıldıqdan sonra müsahibə vaxtı təyin edilir və

26-11-2020, 10:56

Milli Məclisin plenar iclaslarında qanun layihələri müzakirə olunub

Oktyabr-noyabr aylarında Azərbaycan Respublikası Milli Məclisinin bir neçə plenar iclası keçirilib. Bunlardan birinci iclasın gündəliyinə 18 məsələ daxil edilib. O cümlədən səhiyyə ilə bağlı “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olunub və qəbul edilib. Milli Məclisin digər plenar iclasında isə gündəlikdəki 8 məsələ müzakirə olunub. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan

26-11-2020, 10:55

Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla mübarizə tədbirlərini müzakirə edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə mübarizənin gücləndirilməsi və karantin rejiminə daha ciddi əməl olunması üçün tədbirlərə həsr edilmiş geniş müşavirəsi keçirilib. Virtual toplantıda müharibə şəraitində ölkədə koronavirusla mübarizənin vəziyyəti və görüləcək tədbirlər müzakirə olunub. Əli Əsədov qeyd edib ki, koronavirusla mübarizədə qazanılmış nailiyyətləri qoruyub saxlamaq və bütün resursları cəbhəyə

26-11-2020, 10:51

Beynəlxalq Həkimlər Günü

Hər il oktyabr ayının ilk bazar ertəsi bütün dünyada Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir. Bu günün başlıca mahiyyəti eyni amala xidmət edən dünya həkimlərinin həmrəyliyidir. Bu il həmin gün oktyabrın 5-nə təsadüf edib. Həkimlik dünyanın ən qədim, ən humanist və çətin peşələrindən biridir. Yarandığı gündən bu peşəyə çox böyük hörmət və qiymət verilib. Hazırda bu sahədə çalışanlar indiyə qədər fəaliyyət göstərən həkimlərin bilik və bacarıqları əsasında əldə olunmuş uğurlardan istifadə

26-11-2020, 10:50

Nazirlər Kabinetinin Aparatı və BMT-nin Ölkə üzrə İdarə Heyəti Azərbaycana humanitar yardım təşəbbüsünü müzakirə edib

BMT-nin Ölkə üzrə İdarə Heyəti Azərbaycanda zərər görmüş insanlara humanitar yardım göstərməyə hazırdır Birləşmiş Millətlər Təşkilatının (BMT) Ölkə üzrə İdarə Heyətinin Azərbaycana bir sıra sahələrdə humanitar yardım göstərilməsi ilə bağlı təşəbbüsünü müzakirə etmək məqsədilə videoformatda görüş keçirilib. Virtual toplantıda Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və hökumətin nümayəndələri, həmçinin BMT-nin Azərbaycandakı agentliklərinin rəhbərləri iştirak ediblər. Görüşdə

26-11-2020, 10:49

ÜST rəhbəri “pandemiyanın böhran mərhələsi” barədə: Dünyamızı çətin günlər gözləyir

Dünya COVID-19 pandemiyasının böhran mərhələsindədir. Hazırda planetimizin Şimal yarımkürəsində xüsusilə ağır vəziyyət yaranıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus brifinqdə söyləyib. Onun sözlərinə görə, qarşıdakı bir neçə ay bir sıra ölkələr üçün çox ağır sınaq dövrü olacaq. Artıq indidən bir sıra dövlətlərdə xəstəliyin həndəsi silsilə üzrə artması müşahidə olunur. Nəticədə, xəstəxanalar və intensiv terapiya şöbələri öz imkanlarının son həddində

26-11-2020, 10:49



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova