Beynəlxalq Həkimlər Günü

Beynəlxalq Həkimlər Günü

Hər il oktyabr ayının ilk bazar ertəsi bütün dünyada Beynəlxalq Həkimlər Günü kimi qeyd edilir. Bu günün başlıca mahiyyəti eyni amala xidmət edən dünya həkimlərinin həmrəyliyidir. Bu il həmin gün oktyabrın 5-nə təsadüf edib.
Həkimlik dünyanın ən qədim, ən humanist və çətin peşələrindən biridir. Yarandığı gündən bu peşəyə çox böyük hörmət və qiymət verilib. Hazırda bu sahədə çalışanlar indiyə qədər fəaliyyət göstərən həkimlərin bilik və bacarıqları əsasında əldə olunmuş uğurlardan istifadə edirlər.
Beynəlxalq Həkimlər Gününün qeyd olunması təşəbbüsü ilə Ümumdünya Səhiyyə Təşkilatı və “Sərhədsiz həkimlər” beynəlxalq humanitar təşkilatı çıxış ediblər. Həkimlər və səhiyyə işçiləri öz peşə bayramları günü ilə əlaqədar olaraq müxtəlif maarifçilik tədbirləri – seminarlar, tibb peşəsi ilə əlaqədar mühazirələr, sərgi və təqdimatlar keçirirlər.
Hər il “Sərhədsiz həkimlər”in minlərlə əməkdaşı müxtəlif ölkələrdə, o cümlədən qaynar nöqtələrdə fövqəladə vəziyyətlərlə üzləşənlərə heç bir fərq və ayrı-seçkilik qoymadan tibbi kömək göstərirlər. Həmin təşkilatın könüllüləri QİÇS və narkomaniya ilə mübarizədə profilaktik və maarifçilik işi aparırlar.
Hazırda Azərbaycanda 31,8 min həkim və 55,6 min orta tibb işçisi fəaliyyət göstərir. Əhalinin hər 10 min nəfərinə orta hesabla 32 həkim düşür. Həkimlərin 65,9 faizi qadın, 34,1 faizi kişilərdir.
Bu xeyirxah peşə sahiblərinin kabinetdə və ya səhra şəraitində işləməsi onların xidmətlərini azaltmır, çünki onlar bütün hallarda cansağlığının qoruyucularıdır.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova