ATU-nun hazırlıq kursuna əcnəbilərin qəbulu davam edir

ATU-nun hazırlıq kursuna əcnəbilərin qəbulu davam edir

Azərbaycan Tibb Universitetinin (ATU) hazırlıq kursuna əcnəbi vətəndaşların 2020-2021-ci tədris ili üçün qəbulu aparılır.
Avqustun 20-dən başlayan qəbul prosesinin dekabra qədər davam edəcəyi planlaşdırılır.
Qeyd edək ki, ATU-nun Böyük Elmi Şurasının qərarına əsasən, universitetə əcnəbi vətəndaşların qəbulu admission.amu.edu.az veb-portalı üzərindən həyata keçirilir. Bu məqsədlə lazımi sənədlərin elektron variantı portala yüklənilir. Sənədlər yoxlanıldıqdan sonra müsahibə vaxtı təyin edilir və növbəti mərhələdə namizədlərlə videomüsahibə aparılır.
Əvvəlki illərdə olduğu kimi, bu il də dünyanın müxtəlif ölkələrindən olan şəxslər ATU-da təhsil almaq üçün həvəs göstərirlər. İndiyədək 1000-ə yaxın müraciət elektron qaydada portala daxil olunub.
Qəbul prosesinin şəffaf aparılması məqsədilə ATU-nun rektorunun əmri ilə xüsusi komissiya yaradılıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova