Səhiyyə Nazirliyi COVID-19 ilə mübarizədə iştirak edənlərə sentyabr ayı üzrə müddətli əlavələri ödəyib
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2020-ci il tarixli 202 nömrəli qərarına əsasən, sentyabr ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.
Belə ki, Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1220 tibb işçisinə ödənilən müddətli əlavənin məbləği 850 min manat təşkil edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qeyd edilən işçilərin əməkhaqlarına müddətli əlavələr yeni növ koronavirus infeksiyası ilə mübarizəyə cəlb edilmiş iş vaxtına mütənasib olaraq hesablanıb.