Valyuta.com

Vətən müharibəsi dövründə 200 nəfərə yaxın təcili yardım işçisi Bakıdan döyüş bölgələrinə ezam edilib

Vətən müharibəsi dövründə 200 nəfərə yaxın təcili yardım işçisi Bakıdan döyüş bölgələrinə ezam edilib

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) baş həkimin müavini İradə Əliyeva stansiyanın fəaliyyəti haqqında müsahibə verib. O, ilk növbədə, Vətən müharibəsi dövründə stansiyanın əməkdaşları tərəfindən yaralılara göstərilən xidmətdən danışıb:
- Sentyabrın 27-dən Azərbaycan Respublikası ərazisində Vətən müharibəsinin başlanması ilə əlaqədar döyüş zonalarına yaxın olan rayonlarda təcili tibbi xidmət göstərilməsi məqsədilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının kollektivi səfərbər oldu. Gündəlik 38 briqada olmaqla, 200-ə yaxın həkim və orta tibb işçisi növbə ilə döyüş bölgələrinə ezam edilərək, yaralı hərbçilərə ilkin tibbi yardımın göstərilməsi, ön cəbhədən yaxınlıqdakı hərbi hospitallara, vəziyyəti ağır olanların isə paytaxta və rayon mərkəzi xəstəxanalarına daşınmasında, həmçinin helikopterlə şəhərə çatdırılan ağır yaralıların hospitallara yerləşdirilməsində və bir xəstəxanadan digərinə daşınmasında aktiv iştirak etdilər.
Nə qədər ağır da olsa, cəbhədə şəhid olmuş hərbçilərin ünvanlara çatdırılması, dəfn mərasimlərində mütəmadi növbətçiliklər də təcili yardım briqadalarının öhdəsinə düşürdü.

- Cəbhə bölgəsində yaralanan hərbçilərimiz COVID-19 virusuna qarşı hər hansı müayinədən keçirilirdimi?
- COVID-19 virus infeksiyasını aşkarlamaq məqsədilə hərbi hospitalda müalicə alan yaralı və qazilərdən gündəlik olaraq kütləvi surətdə yaxmalar götürülürdü.
Təcili yardım işçiləri, eyni zamanda, arxa cəbhədə də COVID-19 infeksiyası ilə mübarizə aparıblar. Belə ki, bu infeksiyaya yoluxmuş xəstələrə ilkin tibbi yardım göstərilməsi, ehtiyac olanda hospitalizasiyası, infeksiyaya yoluxmuşlarla təmasda olan şəxslərdən yaxmaların götürülməsi, müəssisə və təşkilatlardan laborator müayinə materiallarının götürülərək, mərkəzləşmiş laboratoriyaya çatdırılması da təcili yardım briqadaları tərəfindən icra edilib.

- Ölkədə COVID-19 geniş yayılsa da, digər xəstəliklərdən əziyyət çəkən insanların da təcili yardım xidmətinə ehtiyacı var...
- İnfarkt, insult, yol-nəqliyyat qəzaları, travmalar, terminal vəziyyətlər, doğuş, hündürlükdən yıxılma, zəhərlənmə və s. kimi təcili tibbi yardıma birbaşa ehtiyac yaradan səbəblər, təbii ki, yox olmayıb. BŞTTTYS-nin “103” xidmətinə mütəmadi daxil olan müraciətlər də təcili yardım briqadaları tərəfindən icra edilib. Çağırışlar ağırlıq dərəcəsinə görə çeşidlənərək, daha ağırları ilk növbədə icra olunur. Ağır xəstələrin hospitalizasiyası lazım olan hallarda isə çağırışın icrasına daha çox vaxt gedir.

- Son zamanlar təcili yardımın gecikməsindən şikayətlər artıb. Bunun səbəbi nədən qaynaqlanır?

- Koronavirus infeksiyasına yoluxmanın sayı artdıqca, təcili tibbi yardıma müraciətlərin sayında da müvafiq artım qeyd edilir. Belə ki, pandemiyadan öncə “103” xidmətinə daxil olan telefon zənglərinin sayı 3000-ə, çağırışların sayı 1500-2000-ə yaxın idisə, hazırda zənglərin sayı 10 000-ə, çağırışların sayı isə 2000-2500-ə yaxındır. Zənglərin əksəriyyəti sorğu və məlumat xarakterlidir. Təcili tibbi yardıma ehtiyacı olmayan xəstələr də “103” xidmətinə çox müraciət edirlər ki, bu da telefon xətlərinin yüklənməsinə və çağırışların icrasının ləngiməsinə səbəb olur. COVID-19-la bağlı xəstələrin hospitalizasiyası zamanı onların yerləşdirilməsində yaranan müəyyən çətinliklər çağırışların ləngimə ilə icra edilməsinə gətirib çıxarır.

- Vətəndaşlar hansı hallarda poliklinikalara, hansı hallarda isə “103”-ə müraciət etməlidirlər?
- Səhiyyə Nazirliyinin tapşırığı ilə Bakı şəhəri üzrə poliklinikalar gücləndirilmiş iş rejiminə keçirilib. Belə ki, həftənin şənbə və bazar günləri də daxil olmaqla yeddi gün səhər saat 08:00-dan 18:00-dək vətəndaşlara COVID-19-la bağlı xidmətlər göstərilir. Hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, evdə nəzarəti və vitamin kompleksi ilə təminatı poliklinikalar tərəfindən icra edilir. Bu halda təcili yardıma müraciət etməyə ehtiyac yoxdur.
Təcili tibbi yardım xidməti isə hərarəti 38 dərəcədən yüksək, şəkərli diabet, ürək-damar, tənəffüs sistemi xəstəlikləri kimi yanaşı xroniki xəstəlikləri, təngnəfəslik, boğulma şikayətləri olan, vəziyyəti ağır xəstələrdən, həmçinin hamilə qadınlardan laborator müayinə materialı götürür.
Bildiyiniz kimi, ölkə başçısı çıxışlarında dəfələrlə vurğulayıb ki, COVID-19-la mübarizədə əsas yük həkimlərin üzərinə düşür. Tibb işçilərinə göstərilən etimad və etibarı doğrultmaq üçün bundan sonra da təcili yardımın kollektivi üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışacaq.шаблоны для dle 11.2





İyul 2021

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova