Gündəlik həyatda qəbul edilən qidaların, ərzaq məhsullarının keyfiyyətinə, saxlanma şəraitinə və onlardan istifadə qaydalarına, təbii ki, daim fikir vermək lazımdır. Ancaq mütəxəssislərin xəbərdarlığını nəzərə alaraq, yay fəslində bu diqqət daha da artırılmalıdır. Əks halda, isti havada qida məhsullarından zəhərlənmə qaçılmaz olur və baş verən hadisələr cəmiyyətdə ciddi narahatlıq doğurur. Bəzən isə əsassız mülahizələrin yayılmasına gətirib çıxarır. Məsələn, son günlər Sumqayıtda bir ailənin 5,
Bir neçə gün öncə ölkəmizin virtual məkanında bir xəbər geniş yayıldı: Sumqayıt şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Çiçək Cahangirova 5 yaşlı Cavidin həyatını xilas edib! Əslində, bir həkimin kiminsə həyatını xilas etməsi tibb işçilərinin gündəlik işi, bəlkə də, layiqincə qiymətləndirilməyən “adi” qəhrəmanlığıdır. Amma budəfəki hadisə həqiqətən qeyri-adi idi. Çiçək xanım, həmişə olduğu kimi, bu dəfə də “təcili yardım” göstərmişdi, ancaq tamamilə fərqli şəkildə.
Son günlər mətbuatda uşaqların dəniz suyu udması səbəbindən onlarda ağır xəstəliklər, hətta pnevmoniya yaranması barədə xəbərlər yer alıb. Bu məlumatların nə dərəcədə həqiqətə uyğun olub-olmadığı, çimərliklərin və dəniz suyunun hazırkı sanitar-gigiyenik vəziyyəti barədə öyrənmək üçün Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) Sanitariya və epidemiologiya şöbəsinin müdiri Ziyəddin Kazımovla əlaqə saxladıq. Müsahibimiz bildirdi ki, qadağan edilmiş çimərliklər
Yayda havaların günbəgün isinməsi, bəzən insanların yüksək temperaturun sağlamlıqlarına vura biləcəyi zərəri nəzərə almadan həyatlarına davam etməsi, hər il olduğu kimi, yenə də günvurma halları ilə nəticələnir. Belə ki, yay mövsümü başlayandan indiyədək Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (TTTYS) 6-sı uşaq olmaqla, 35 nəfər günvurma ilə bağlı müraciət edib, onlardan 11 nəfəri, o cümlədən 5 uşaq hospitalizasiya olunub. Bu haqda bizə Bakı şəhəri TTTYS-nın baş həkimi
“Mövsümlə əlaqədar ilan, əqrəb, qaraqurd sancması nəticəsində baş verən zəhərlənmə hadisələrinə, həmişə olduğu kimi, bu il də aprel ayından etibarən təsadüf olunur. Havaların isinməsi ilə belə hallar daha çox baş verir. Bu il havalar sərin keçdiyindən ötən illərlə müqayisədə ilan sancması hadisələri nisbətən azalıb. Belə ki, indiyədək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 68 nəfər ilan, 12 nəfər əqrəb, 6 nəfər isə qaraqurd zəhərlənməsi ilə gətirilib. İlan sancan şəxslərdən 4 nəfəri uşaq
Ölkəmizdə təcili tibbi yardim xidmətinin işinin yüksək səviyyədə təşkilinə böyük əhəmiyyət verilir. Təkcə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (TTTYS) gündəlik orta hesabla 2 minə qədər çağırış daxil olur. Görülən tədbirlər nəticəsində bu ilin yanvar-iyun ayları ərzində çox ağır vəziyyətdə olan 1000 nəfərdən artıq insanın həyatı xilas edilib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən yayılan məlumatda bildirilir. Qeyd olunur ki, hazırda səhiyyənin digər
İyulun 26-da Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş vermiş partlayışla əlaqədar yerli tibb müəssisələri səfərbər olunub. Əlavə olaraq, hadisə yerinə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən 5 həkim briqadası göndərilib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tibb işçiləri hadisə nəticəsində zərərçəkənlərə yerində zəruri tibbi yardım göstəriblər. Partlayışda xəsarət alan 24 nəfər şəxs
Məlum olduğu kimi, iyunun 24-də Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin həkimi, cərrah Kərimov Valeh Ağalələ oğlu diaqnoz qoyaraq sol ayağının amputasiya olunması barədə qərar qəbul etdiyi xəstənin sağ ayağını kəsib. Cərrah uzun müddət diabet xəstəliyindən əziyyət çəkən, 1929-cu il təvəllüdlü Bakı şəhər sakini Tərlan Həsən qızı Məmmədovanın hər iki ayağının amputasiyaya ehtiyacı olduğunu deyib. Bununla belə, etiraf edib ki, ilk növbədə daha pis vəziyyətdə olan sol ayaq
Bu şüar altında Ümumdünya Qan Donoru günü keçirildi Hər il dünya 14 iyun tarixini Ümumdünya Qan Donoru günü kimi qeyd edir. Ümumdünya Səhiyyə Assambleyasının 2005-ci ilin may ayında keçirilən 58-ci sessiyasında Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr könüllü təmənnasız qan donorluğunun inkişafına və dəstəklənməsinə dair Qətnamə qəbul ediblər. Bu sənəddə hər ilin 14 iyun tarixinin – qan qruplarını kəşf edən avstriyalı alim Karl Lanşteynerin doğum gününün Ümumdünya Qan Donoru günü kimi
“Son beş ayda Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə qida zəhərlənmələri ilə bağlı 60 müraciət daxil olub. Bunlardan 35-ə yaxını yüngül, qalanları orta və ağır qida zəhərlənməsi olub. Kimyəvi zəhərlənmələr arasında isə sirkə turşusundan zəhərlənmələr üstünlük təşkil edib – hər ay bu diaqnozla 10-15 xəstə klinikaya daxil olub. Onların da 80-90%-i ağır və ya kəskin ağır vəziyyətdə olanlardır. Ölüm halları da məhz sirkə turşusu ilə zəhərlənmələrdə qeydə alınıb”. Bu haqda KTM-in