Valyuta.com

Tibb Universitetinin 90 illiyi qeyd olunub

Tibb Universitetinin 90 illiyi qeyd olunub

Azərbaycan Tibb Universitetinin (ATU) yaradılmasının 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Virtual toplantıda dünyanın 40-dan çox ölkəsindən universitet rəhbərləri, alimlər, tibb elminin nümayəndələri və ziyalılar iştirak ediblər. Konfrans çərçivəsində keçirilən 18 elmi simpoziumda 200-ə yaxın alim çıxış edib.
Tədbirdə ATU-nun rektoru, professor Gəray Gəraybəyli 90 yaşını qeyd edən ali məktəbin yubiley hazırlıqları, tarixi və müasir dövrdə fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib.
Rektor xatırladıb ki, bu il mayın 14-də Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin yaradılmasının 90 illiyinin dövlət səviyyəsində keçirilməsi haqqında Sərəncam imzalayıb. Bundan dərhal sonra Səhiyyə və Təhsil nazirliklərinin dəstəyi ilə yubileyə hazırlıq üzrə genişmiqyaslı işlərə başlanılıb. Yubiley münasibətilə “Azərbaycan Tibb Jurnalı”nın və “Sağlamlıq” jurnalının bir nömrəsi tam şəkildə ATU-nun 90 illiyinə həsr edilib. Azərbaycan, rus və ingilis dillərində nəfis tərtibatla ATU-ya həsr edilmiş broşür çap olunub. Universitetin 90 illiyinə aid kitab, yubiley medalı və nəzərdə tutulan digər atributlar hazırlanıb.
Professor qeyd edib ki, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, ATU-nun 90 illiyinin bu ilin payız semestrinin əvvəllərində keçirilməsi nəzərdə tutulurdu: “Lakin sentyabrın 27-də ölkəmizin tarixində bir möcüzə baş verdi. Bu möcüzənin yaradıcısı və ilhamverici qüvvəsi Ali Baş Komandan, Prezident İlham Əliyev oldu. Ali Baş Komandanın yaratdığı əzəmətli Azərbaycan Silahlı Qüvvələri erməni terroristlərinin təxribatının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatına başladı. Cəmi 44 gün ərzində Silahlı Qüvvələrimiz torpaqlarımızı erməni işğalından azad etdi. BMT-nin Təhlükəsizlik Şurasının 30 ildə edə bilmədiyini və ya etmək istəmədiyini Ali Baş Komandan və rəşadətli ordumuz qısa müddətdə həyata keçirdi”.
ATU rektorunun sözlərinə görə, 44 gün ərzində universitetin yetirmələri olan həkimlər gecə-gündüz yaralı əsgərlərimizin qulluğunda dayanıblar, erməni terrorçularının qurbanlarına çevrilmiş dinc əhalini müalicə ediblər: “Onlar bunun öhdəsindən şərəflə gəldilər. Bütün həkimlərimiz, tibb işçilərimiz əsgərlərimizlə birlikdə bayrağımızı yüksəklərə qaldırdılar, Azərbaycan Tibb Universitetinin başını uca etdilər.
Bu il ATU məzunları və əməkdaşları iki düşmənə qarşı – erməni terrorçuları və COVID-19 pandemiyasına qarşı savaşıblar və qəhrəmanlıq nümunəsi göstəriblər. Onlar ATU-nun klinikalarında, ölkənin müxtəlif xəstəxanalarında, hospitallarda gecə-gündüz peşə borclarını fədakarcasına yerinə yetirərək, xalqımızın infeksiyaya yoluxan nümayəndələrinin böyük əksəriyyətini ölümün pəncəsindən xilas edirlər".
Rektor Tibb Universitetinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, ATU-nun maddi-texniki bazasının qurulması, yüksəkixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasının möhkəm bünövrəsinin yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. ATU-nun 11 mərtəbəli 5 nömrəli tədris korpusunun, 400 yerlik unikal akt zalının, Tədris Stomatoloji Klinikasının, Hərbi-tibb fakültəsinin və s. yaradılması dahi Heydər Əliyevin qayğısı sayəsində baş tutub. Son 17 ildə isə bu xeyirxah missiya Prezident İlham Əliyev, eləcə də birinci xanım Mehriban Əliyeva tərəfindən davam etdirilir. Məhz onların qayğısı ilə ATU-nun Tədris Terapevtik, Tədris Cərrahiyyə və Onkoloji klinikaları qısa müddətdə tikilərək istifadəyə verilib. Bu diqqətə görə, həmçinin möhtəşəm qələbə münasibətilə dövlət başçısına dərin minnətdarlığını bildirən professor Gəray Gəraybəyli ölkəmizin bütün səhiyyə və təhsil işçilərini, ATU-nun bütün məzunlarını, tələbə-gənclərini, rezident və magistrlərini bu qocaman tibb təhsili ocağının yaranmasının 90 illiyi münasibətilə ürəkdən təbrik edib, hamıya yeni nailiyyətlər diləyib.
Konfransda Azərbaycanla yanaşı, dünya miqyaslı tanınmış alim və ziyalılar, xarici ölkələrin ali məktəblərinin rektorları, rəsmi şəxslər çıxış edərək, Tibb Universitetini yubiley münasibətilə təbrik ediblər. Azərbaycanlı alimlər ali məktəblə bağlı xatirələrini səsləndiriblər. Xarici qonaqlar ATU-nun Azərbaycanda tibb elminin inkişafında rolu, ixtisaslı kadrların yetişdirilməsinə verdiyi töhfə, tibb təhsili üzrə beynəlxalq münasibətlərin gücləndirilməsi üçün böyük zəhməti haqqında fikirlərini açıqlayıblar.
Konfransın açılışında akademik, biokimyaçı və molekulyar bioloq alim, ABŞ Milli Elmlər Akademiyasının, Türkiyə Elmlər Akademiyasının üzvü, 2015-ci il Kimya üzrə Nobel mükafatçısı, professor Aziz Sancar ATU-nun yubileyi münasibətilə konfrans iştirakçılarına təbrik məktubu ünvanlayıb. Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov məktubu səsləndirib.
Sonra ATU-nun yaradılmasının 90 illiyinə həsr edilmiş konfrans iştirakçıları adından Ali Baş Komandan, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəfər Bayramı münasibətilə təbrik məktubunun hazırlanması qərara alınıb. Məktubun mətni Tibb Universitetinin elmi katibi, professor Nazim Pənahov tərəfindən səsləndiridikdən sonra yekdilliklə təsdiqlənib.
Sonra ATU-nun 90 illik yubileyinə həsr olunmuş elmi konfrans sektorlar üzrə müxtəlif mövzulara həsr edilmiş simpoziumlarla işini davam etdirib. “COVID-19 – XXI əsrin pandemiyası” adlanan birinci bölmədə Tibb Universitetinin professor-müəllim heyəti tərəfindən virusun genetikası, Azərbaycanda pandemiya dövründə böyrək xəstəliklərinin idarə olunması, pandemiya zamanı psixi pozuntular, virusun qadın və uşaqlara təsiri kimi mövzularda məruzələr səsləndirilib. Gün boyunca “Serebrovaskular xəstəliklər və insult menecmentin müasir aspektləri”, “Piylənmə və bariatrik cərrahiyyə”, “Uşağın həyatının ilk 1000 günü” kimi maraqlı bölmələrdə də çıxışlar olub.
Konfransın ikinci günündə “Uşaqlarda anadangəlmə inkişaf qüsurlarının diaqnostikası və cərrahi müalicəsi”, “Qastroezofagial reflyuks – fənlərarası problem”, “Şüa diaqnostikasının müasir aspektləri”, “Perinatal dövrdən böyüklərə qədər uro-nefrologiyanın diaqnostik və müalicə strategiyası”, “Cərrahiyyədə innovasiyalar və perspektivlər”, “Pediatriyada miflər və reallıq”, “Maddədən dərmana gedən yol” və digər maraqlı mövzularda elmi araşdırmaların nəticələri təqdim olunub.шаблоны для dle 11.2





]Dekabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova