Sizin Reklam Burada!

Akademik Vəli Axundov – 110

Akademik Vəli Axundov – 110

Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunda görkəmli alimin yubileyi qeyd olunub

Səhiyyə Nazirliyi Akademik V.Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunda görkəmli dövlət xadimi, tanınmış alim və səhiyyə qurucusu Vəli Axundovun anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan verilən məlumata görə, tədbirdə institutun rəhbərliyi, əməkdaşları, alimlər, tibb ictimaiyyətinin nümayəndələri və akademikin ailə üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə İnstitutun direktoru, professor Adil Allahverdiyev açaraq Vəli Axundovun Azərbaycan səhiyyə sisteminin inkişafı, tibb elminin təşkili və dövlət idarəçiliyi sahəsindəki xidmətlərindən bəhs edib. Bildirilib ki, akademik Vəli Axundovun fəaliyyəti ölkənin səhiyyə tarixində mühüm mərhələ təşkil edir və onun zəngin irsi bu gün də böyük ehtiramla yad olunur.
Daha sonra akademik Vəli Axundovun həyat və elmi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Tədbirdə Tibbi Profilaktika İnstitutunun şöbə müdiri, dosent Lalə Rüstəmova “Akademik Vəli Axundovun həyatı və elmi fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə akademikin qızı Nigar Axundova atasına dair səmimi xatirələrini və fikirlərini iştirakçılarla bölüşüb.
Həmçinin Azərbaycan Tibb Universitetinin Epidemiologiya və biostatistika kafedrasının müdiri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İbadulla Ağayev, eləcə də institutun Entomologiya bölməsinin müdiri, biologiya elmləri doktoru, dosent Nəsib Namazov çıxış edərək Vəli Axundovun elmi, ictimai fəaliyyəti və insani keyfiyyətləri ilə bağlı fikirlərini bölüşüblər.
Sonda qeyd olunub ki, akademik Vəli Axundovun zəngin elmi, ictimai və dövlətçilik irsi bu gün də Azərbaycan səhiyyə ictimaiyyəti tərəfindən böyük ehtiramla yad edilir, onun səhiyyə sisteminin inkişafına verdiyi töhfələr isə gələcək nəsillər üçün mühüm nümunə olaraq qalır.



Xəbəri paylaş



May 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova