Ötən ay 37 aptekdə yoxlama aparılıb
Bu ilin sentyabr ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 37 aptekdə yoxlama həyata keçirilib. Mərkəzdən verilən məlumata görə, həmin yoxlamalardan 9-u Bakıda, 28-i isə ölkənin digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb. Aparılmış yoxlamalar nəticəsində 8 müxtəlif nöqsan aşkarlanıb və həmin hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin beş maddəsi üzrə 11 protokol tərtib edilib.31-10-2025, 10:13




