İSİM tibb kollecinə maarifləndirmə materialları təqdim edib

İSİM tibb kollecinə maarifləndirmə materialları təqdim edib

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən hazırlanaraq çap olunan geniş çeşiddə maarifləndirmə materialları 2 nömrəli Bakı Baza Tibb Kollecinə təhvil verilib.
Mərkəzdən verilən məlumata görə, “Leykemiya və onun profilaktikası”, “İnsulta qarşı ayıq ol!”, “Böyrəklərin sağlamlığını bu gün qoru”, “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi” və digər mövzularda buklet, vərəqə, stiker və digər materiallarda sağlamlığın qorunması, xəstəliklərin əsas risk amillərinin qarşısının alınması istiqamətində tövsiyələr yer alıb.
Qeyd edək ki, ümumi tirajı 30 mindən çox olan çap materiallarının 2 nömrəli Bakı Baza Tibb Kollecinə və bu kollec vasitəsilə ölkəmizin Naxçıvan da daxil olmaqla müxtəlif şəhərlərində fəaliyyət göstərən 10 tibb kollecinə paylanılması nəzərdə tutulur.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova