Ağciyər Xəstəlikləri İnstitutunun 80 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
Bakıda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun yaranmasının 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, konfransda ftiziatriya və pulmonologiya sahəsində yerli və xarici ölkələrdən, o cümlədən Türkiyə, Rusiya Federasiyası, Gürcüstan və digər ölkələrdən aparıcı mütəxəssislər tənəffüs sistemi xəstəliklərinin müayinə və müalicəsinə aid son elmi nailiyyətlər haqqında məruzələr ediblər. Məlumat30-09-2024, 11:18





