Qlobal Fondun və aidiyyəti dövlət qurumlarının nümayəndələri vərəmə dair vəziyyəti müzakirə ediblər

Qlobal Fondun və aidiyyəti dövlət qurumlarının nümayəndələri vərəmə dair vəziyyəti müzakirə ediblər

Səhiyyə Nazirliyində ölkəmizdə vərəm əleyhinə fəaliyyətin mövcud vəziyyətinə dair iclas keçirilib.
Səhiyyə naziri Teymur Musayevin rəhbərliyi ilə keçirilən iclasda QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun Portfolio meneceri Olqa Avdeyeva, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov, həmçinin Səhiyyə Nazirliyinin və TƏBİB-in tabeliyindəki aidiyyəti qurumların rəhbər şəxsləri iştirak ediblər.
Səhiyyə naziri Teymur Musayev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında səhiyyə sahəsində aparılan məqsədyönlü islahatlar növbəti mərhələyə keçib: “Uğurlu səhiyyə islahatları üç əsas prinsip üzərində qurulub. Birincisi, insan kapitalının inkişafıdır. İkincisi, bu sahədə bütün fundamental dəyişikliklərin əsas amili səhiyyənin rəqəmsallaşdırılmasıdır. Üçüncüsü isə, səhiyyə sisteminin yeni iqtisadiyyatı və səhiyyənin maliyyələşdirilməsidir. Səhiyyə sisteminin bu 3 sütunu vərəmə qarşı mübarizə addımlarının gücləndirilməsinə də şamil olunur”.
Nazirin sözlərinə görə, 2012-ci ildən başlayaraq, Azərbaycan hökuməti tərəfindən vərəmlə mübarizə üzrə dövlət proqramları hesabına dərmanlara davamlı vərəmə qarşı rezistent olmayan dərmanların alınmasına və digər müvafiq xərclərin tam ödənilməsinə başlanılıb. Eyni zamanda, 2021-ci ildən Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizmi – icbari tibbi sığorta tətbiq edilir.
Öz çıxışında Teymur Musayev Qlobal Fondun layihələrinin davamlı olaraq Azərbaycanda həyata keçirildiyini və vərəmlə mübarizədə böyük töhfə verdiyini diqqətə çatdırıb. Nazir həmçinin ölkəmizdə vərəmlə xəstələnmə dinamikasında azalmanın müşahidə olduğunu vurğulayıb.
“Əldə etdiyimiz nailiyyətlərə baxmayaraq, vərəmlə mübarizə üzrə Fəaliyyət Planının həyata keçirilməsi üçün uzunmüddətli Strategiya və Yol Xəritəsinin hazırlanmasına ehtiyac var. Vərəmlə mübarizə qlobal məsələdir və biz birlikdə əməkdaşlıq edərək, eyni zamanda, təcrübəmizi bölüşərək daha çox müsbət nəticələr əldə edə bilərik”, - deyə səhiyyə naziri fikrini tamamlayıb.
Öz çıxışlarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ölkəmizdə vərəmlə mübarizədə ixtisaslaşmış tibb müəssisələrinin tikildiyini və müasir yanaşmanın tətbiq olunduğunu qeyd ediblər.
İclasda Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova geniş hesabatla çıxış edib. O vurğulayıb ki, Səhiyyə Nazirliyinin Milli Vərəm Proqramı çərçivəsində son 10 ildə xəstələnmənin dinamikasında, eyni zamanda, vərəmdən ölüm hallarının azaldılmasında müsbət dəyişikliklər müşahidə olunur.
İclasın sonunda qarşılıqlı faydalı müzakirələr aparılıb.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova