Səhiyyə naziri Qlobal Fondun nümayəndəsini qəbul edib

Səhiyyə naziri Qlobal Fondun nümayəndəsini qəbul edib

Azərbaycanın Səhiyyə Nazirliyində QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun Portfolio meneceri Olqa Avdeyeva ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev Azərbaycanın Qlobal Fondla əməkdaşlığa önəm verdiyini qeyd edib. Teymur Musayev Səhiyyə Nazirliyinin Qlobal Fondun missiyaları ilə mütəmadi keçirilən görüşlərinin mövcud əlaqələrin daha da inkişafına böyük dəstək verdiyini vurğulayıb.
Nazir 2005-ci ildən etibarən QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun Azərbaycanda vərəm əleyhinə fəaliyyətin dəstəklənməsində yaxından iştirak etdiyini bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanda Qlobal Fondun layihələri davamlı olaraq həyata keçirilir və ölkəmizin vərəmlə mübarizəsinə böyük töhfədir.
Həmçinin ötən ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Azərbaycanın “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılması vurğulanıb: “Malyariya ilə mübarizədə əldə edilən uğur həm də ÜST-nin aparıcı mövqe tutduğu tərəfdaşların uzun illər hərtərəfli dəstəyi sayəsində mümkün olub”.
Teymur Musayev Azərbaycan Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında səmərəli əməkdaşlığın uğurla inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Öz növbəsində Qlobal Fondun Portfolio meneceri Olqa Avdeyeva Azərbaycanın “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırılmasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu nailiyyət səhiyyə işçilərinin davamlı fədakarlığı, həmçinin malyariya hallarının məqsədyönlü şəkildə qarşısının alınması, erkən aşkarlanması və müalicəsi sayəsində mümkün olub.
Görüşdə həmçinin əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə edilib.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova