Sübutlara əsaslanan tibbi təlimatlar Azərbaycan dilinə tərcümə ediləcək

Səhiyyə Nazirliyi ilə Finlandiya Tibb və Elm Cəmiyyəti arasında Sübutlara Əsaslanan Tibbi Təlimatların Azərbaycanda tərcüməsi, lokallaşdırılması və yayılması ilə bağlı müqavilə imzalanıb. İşin icrası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə həvalə edilib. Müqaviləyə əsasən, ingilis dilində olan minə yaxın beynəlxalq klinik protokol həkimlərin istifadəsi üçün Azərbaycan dilinə tərcümə ediləcək. İlk növbədə, daha çox rast gəlinən xəstəlik və vəziyyətlər barədə protokollar

31-10-2018, 06:03

Səhiyyə naziri Göygöldə vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə səyyar qəbul günləri təşkil olunur, orada vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılır, onların həlli istiqamətində tədbirlər görülür. Tərtib edilmiş cədvələ uyğun olaraq, səhiyyə naziri Oqtay Şirəliyevin bu qəbildən növbəti qəbul günü Göygöl Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Nazir Göygöl, Gəncə, Daşkəsən və Samux sakinlərini qəbul edib,

31-10-2018, 05:57

“Psixoloji yardım haqqında” qanun layihəsinə baxılıb

Milli Məclisin növbəti plenar iclasında bir sıra digər sənədlərlə yanaşı, “Psixoloji yardım haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qanun layihəsi barədə məlumat verərək bildirib ki, 6 fəsil, 22 maddədən ibarət bu sənəd Azərbaycan Respublikasında psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquq və vəzifələrini müəyyən edir, bu sahədə yaranan

31-10-2018, 05:55

Akademik Böyükkişi Ağayevin 90 illiyi qeyd olunub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında tanınmış cərrah, alim və pedaqoq, akademik Böyükkişi Ağayevin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransdan öncə tədbir iştirakçıları akademik B.Ağayevin məzarını ziyarət ediblər. Tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli akademik B.Ağayevin həyat və fəaliyyəti haqqında geniş məlumat verib. O qeyd edib ki, Böyükkişi Ağayev 400-dən çox elmi əsərin

29-09-2018, 11:20

İcbari tibbi sığorta əhalinin sağlamlığının qorunmasına yönəldilmiş sosial layihədir

Bu günlərdə Bakıda “KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim keçirildi. Tədbirdə İcbari Tibbi Sığorta Agentliyinin (İTSA) Monitorinq, təhlil və aktuari departamentinin rəhbəri Araz Nəsirov “Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu” mövzusunda çıxış etdi. İcbari tibbi sığortanın Azərbaycan dövləti tərəfindən əhalinin sağlamlığının qorunmasına yönəldilmiş sosial layihə olduğunu diqqətə çatdıran A.Nəsirov pilot

29-09-2018, 11:06

Bosniya və Herseqovinada Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Təcili Tibbi Yardım Mərkəzinin açılışı olub

Bosniya və Herseqovinanın Kotor Varoş şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının açılış mərasimi keçirilib. AZƏRTAC-ın verdiyi xəbərə görə, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü, Prezident Mladen İvaniçin, Azərbaycanın bu ölkədəki səfiri Eldar Həsənovun, Serb Respublikası səhiyyə nazirinin müşaviri Miloyko Qruyiçiçin, Kotor Varoş şəhərinin meri Zdenko Sakanın,

29-09-2018, 11:04

Səhiyyə Nazirliyində icbari tibbi sığortanın tətbiqi müzakirə olundu

Səhiyyə naziri Oqtay Şirəliyev İcbari Tibbi Sığorta Agentliyinin və McKinsey şirkətinin nümayəndələri ilə görüş keçirib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, toplantıda dövlət başçısının tapşırığına əsasən ölkəmizin səhiyyə sistemində icbari tibbi sığortanın tətbiqi məsələləri, bununla əlaqədar həyata keçiriləcək islahatlar, səhiyyənin maliyyələşdirilməsi imkanları, gələn il üçün qarşıda duran əsas vəzifələr müzakirə olunub. İclasda həmçinin icbari tibbi sığortanın bütövlükdə

29-09-2018, 11:02

Səhiyyə naziri Astarada vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə səyyar qəbul günləri təşkil olunur, orada vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılır, onların həlli istiqamətində tədbirlər görülür. Tərtib edilmiş cədvələ uyğun olaraq, səhiyyə naziri Oqtay Şirəliyevin bu qəbildən növbəti qəbul günü Astara Rayon Mərkəzi Xəstəxanasında keçirilib. Nazir Astara, Lənkəran, Lerik və Masallı rayonlarından olan

29-09-2018, 11:01

Səhiyyə Nazirliyində Kollegiya İclası keçirildi

Səhiyyə Nazirliyində Azərbaycan Respublikasında doğuşayardım xidmətinin vəziyyəti və 2018-ci ilin 8 ayı ərzində riskli hamiləlik və doğuş hallarının təhlilinə həsr edilmiş geniş Kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə keçirilən iclasda nazirliyin kollegiya üzvləri, doğuşayardım xidməti üzrə baş mütəxəssislər, perinatal mərkəzlərin, doğum evlərinin, qadın məsləhətxanalarının, əlaqədar elmi tədqiqat

29-09-2018, 10:56

ÜST Avropa Regional Komitəsinin 68-ci sessiyası

Azərbaycan nümayəndə heyəti sessiyada iştirak etdi Bu günlərdə İtaliyanın paytaxtı Roma şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Regional Komitəsinin (ARK) 68-ci sessiyası keçirilib. Azərbaycan Respublikasının səhiyyə naziri Oqtay Şirəliyevin başçılıq etdiyi nümayəndə heyəti sessiyanın işində iştirak edib. ÜST Avropa Regional Komitəsinin 68-ci sessiyası ərəfəsində keçirilən ÜST ARK İcraiyyə Komitəsinin iclasında bu quruma üzv seçilmiş ölkələrin nümayəndə heyətlərinin rəhbərləri 68-ci

29-09-2018, 10:54




Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova