Kardiologiya İnstitutunda “Peripartum kardiomiopatiya” mövzusunda elmi-praktik seminar

Kardiologiya İnstitutunda “Peripartum kardiomiopatiya” mövzusunda elmi-praktik seminar

Akademik C.M.Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda “Peripartum kardiomiopatiya” – hamilə qadınlarda və doğuşdan sonrakı erkən mərhələlərdə ürək çatışmazlığına dair elmi-praktik seminar keçirilib.
Peripartum kardiomiopatiya hamiləliyin son dörd həftəsi və hamiləlikdən sonrakı dövrdə inkişaf edən, ana ölümü ilə nəticələnə bilən ürək problemidir və hamiləlik zamanı çox tez-tez rast gəlinən patologiyalardandır. Ürək xəstələrində olan bir sıra şikayətlər – başgicəllənmə, təngnəfəslik, hava çatışmazlığı hissi, uzandıqda boğulma, öskürək, topuqlarda ödem, tez yorulma hamilələrdə adi halda görülən simptomlar olduğu üçün onlara diqqət yetirilmir və əksər hallarda mövcud ürək problemləri erkən mərhələdə aşkarlanmır, diaqnoz qoyularkən isə artıq xəstəliyin son mərhələləri inkişaf etmiş olur.
Həmin halların profilaktikası məqsədi daşıyan seminar hamiləliyin son aylarında və hamiləlikdən sonra şikayətlər olduqda, xəstəliyin erkən diaqnostikası zamanı kardioloqun baxışının və exokardioqrafik müayinənin aparılmasının zəruriliyini diqqətə çatdırıb.
Tədbir iştirakçılarına “Kardioloq və ginekoloqların bir araya gəldiyi məqam – peripartum kardiomiopatiya” mövzusunda maarifləndirici kitabçalar paylanılıb və videoçarx nümayiş olunub.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova