Bakı Elm Festivalı Azərbaycan Tibb Universitetində
Bakıda keçirilən genişmiqyaslı “Bakı Elm Festivalı – 2014” çərçivəsində paytaxtın bir neçə elm və təhsil ocağında müxtəlif sahələr üzrə tədbirlər təşkil edilib. Bunlardan biri də Azərbaycan Tibb Universitetində (ATU) yer alan, təbabət və təbiət elmləri sahəsində elmi yeniliklərin təbliğinə həsr edilən tədbir olub.
Festivalın bölmə toplantısının açılış mərasimində ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov çıxış edərək, AMEA-nın prezidenti akademik Akif Əlizadəni və toplantı iştirakçılarını salamlayıb, festivalın məramı haqqında məlumat verib. O bildirib ki, ilk dəfə keçirilən elm festivalının əsas məqsədi Azərbaycan elminin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə çatdırmaq, müasir elmi bilikləri təbliğ etmək, həmçinin gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi-tədqiqat işlərinə marağı artırmaqdan ibarətdir. Rektor qeyd edib ki, festival elm və texnika sahəsində əldə olunmuş yeniliklərlə ictimaiyyətin tanış edilməsi, elm və cəmiyyət arasında dialoqun yaradılması baxımından böyük əhəmiyyətə malikdir: “Azərbaycan elminin bu gün yüksək potensialı, böyük uğurları, nailiyyətləri var. İnanırıq ki, festivalın keçirilməsi elmimizin inkişafına dəstək verəcək”.
Sonra təbabət sahəsində çox aktual və maraqlı mövzularda elmi məruzələr dinlənilib.
ATU-nun Üz-çənə cərrahiyyəsi kafedrasının müdiri, professor Çingiz Rəhimovun qüsurlu çənəni sürətlə rekonstruksiya etməyə imkan verən yeni üsula həsr olunmuş “Bir günə yeni çənə” adlı məruzəsi, dosent Ramin Bayramlının “Septik infeksiyaların diaqnostikasında kultural üsulların və biokimyəvi markerlərin əhəmiyyəti”, tibb üzrə fəlsəfə doktoru Pərviz Abbasovun “Qaraciyər transplantasiyasında damar defektləri zamanı “periton yamağın” istifadəsi”, professor Məhbubə Vəliyevanın “Biyan əsasında dərman vasitələrinin işlənib hazırlanması və tibbdə tətbiqi” mövzularında məruzələri maraqla qarşılanıb. Həmçinin ATU-nun əməkdaşı Fərid Əliyevin “Müalicəyə cavabsız mədəcik taxiaritmiyalarının müalicəsində ikitərəfli perkutan stellat qanqlion blokadasının effektivliyi”, AMEA Botanika İnstitutundan Aidə Dadaşovanın “Azərbaycan florasında praktiki yanaşma kimi Virtual Məlumat Bazası”, AMEA Dendrologiya İnstitutundan Samirə Bağırovanın “Ağac bitkilərinin dendroloji tədqiqi və təhlili” adlı çıxışları iştirakçıların marağına səbəb olub.
Sonra AMEA-nın prezidenti Akif Əlizadə, ATU-nun rektoru Ə.Əmiraslanov və digər festival iştirakçıları sözügedən sahədə ixtiralar, yeni üsullar və səmərələşdirici təkliflərə həsr olunmuş stendlər və posterlərlə tanış olublar. Burada Fərman Həsənovun ixtira etdiyi alt çənənin ön çıxığının yerinə salınması üçün qurğu, professor Ramiz Axundov və həmkarlarının xroniki yorğunluq və hipoksiya sindromunun müalicəsi üçün hazırladıqları “Adutofitorozin” preparatı və digər kəşf və ixtiralar nümayiş olunub.
Qeyd edək ki, “Bakı Elm Festivalı – 2014” AMEA-nın təşkilatçılığı, Təhsil Nazirliyinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və “Azercell”in sponsorluğu ilə keçirilib.