Onlarla uşaq anadangəlmə ürək qüsurundan qurtulur

Onlarla uşaq anadangəlmə ürək qüsurundan qurtulur

Ümumdünya Uşaq günü münasibəti ilə 20-27 noyabr tarixlərində Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanasında “Uşaq həftəsi” aksiyası keçirilib. Aksiyada yerli cərrahlarla yanaşı, xarici mütəxəssislər – İtaliyanın Milan şəhərinin San Raffaele Hospitalının həkimləri də iştirak ediblər.
“Uşaq həftəsi” aksiyası ərəfəsində ürək-damar cərrahı Rəşad Mahmudovun rəhbərliyi ilə yerli və xarici həkim briqadaları anadangəlmə ürək qüsurundan əziyyət çəkən 200-dən çox xəstəni müayinə edib, müalicələr təyin ediblər. Bununla yanaşı, 20-dən çox uşaq üzərində mürəkkəb açıq ürək əməliyyatları icra olunub. Bu əməliyyatların 12-si Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti üzrə həyata keçirilib.
Həmçinin aksiya çərçivəsində 15 günlük körpə uşağın yuxu arteriyasından ürəyin qapaq əməliyyatı aparılıb. Nəticələr həkimlərin gözlədiyindən daha yaxşı olub. Eləcə də anadangəlmə ürək qüsüru olan 26 həftəlik körpə əməliyyat olunub.
Aksiya, eyni zamanda, təşviqat xarakterli tədbirləri də nəzərdə tuturdu. Belə ki, “Uşaq həftəsi” çərçivəsində Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası tərəfindən, ictimaiyyətin diqqətini anadangəlmə ürək xəstəliklərinə cəlb etmək məqsədi ilə hazırlanmış “Ürəklər susmasın” adlı sosial video-çarx müxtəlif televiziya kanallarında nümayiş olunub.
Aksiya ilə bağlı ölkəmizdə işgüzar səfərdə olan İtaliyalı mütəxəssislər Azərbaycanda çox böyük yenilik və inkişaf prosesini vurğulayıblar. Qonaqlar əminliklə qeyd edirlər ki, artıq səhiyyəmizin əldə etdiyi nailiyyətlər və yüksək standartlar son illərdə tənəzzül dövrünü yaşayan bir çox Avropa ölkəsinə nümunə ola bilər. Belə ki, Avropada yüz il ərzində tibdə həll olunmayan problemlər ölkəmizdə çox qısa müddət ərzində öz həllini tapır.
2015-ci ildən başlayaraq ölkəmizin bir neçə xəstəxanasında uğurla icra olunan ürək qüsuru əməliyyatlarının sayı artıq 500-ə çatır. Son zamanlar bu sahədə əldə edilmiş müsbət dinamika yaxın gələcəkdə ölkəmizdə bu problemin tamamilə həll olunacağına əminlik yaradır.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova