16 iyul Stomatoloji xəstəliklərin profilaktikası günüdür

16 iyul Stomatoloji xəstəliklərin profilaktikası günüdür

Ümumdünya Səhiyyə Təşkilatı 1948-ci ildən 16 iyul tarixini stomatoloji xəstəliklərin profilaktikası günü kimi qeyd edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ölkəmizdə də stomatoloji xəstəliklərin profilaktikası sahəsində ciddi işlər görülür. Əhali arasında vaxtaşırı müayinələr keçirilir, stomatoloji xidmət müəssisələri ən müasir avadanlıqlarla təchiz olunur. Ölkəmizdə bu sahədə təqdim olunan xidmətlər beynəlxalq standartlara cavab verir. Xarici mütəxəssislər Azərbaycanda stomatologiya sahəsindəki mövcud vəziyyətin ən qabaqcıl ölkələrin göstəricilərinə uyğun olduğunu qeyd edirlər.
Gigiyenik tələblərə cavab verən stomatoloji kabinetlərin açılması və onlara lisenziya verilməsi ciddi nəzarətdədir. Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq həyata keçirilən yoxlamalar bu sahədə yoluxucu xəstəliklərin yaranması riskini minimuma endirməyə imkan verir. Eyni zamanda, xaricdən dəvət olunmuş mütəxəssislər tərəfindən stomatoloji kabinetlərlə bağlı vaxtaşırı seminarlar keçirilir, bu sahədə olan yeniliklər barədə maarifləndirmə işi aparılır.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova