Səhiyyə Nazirliyinin özəl tibb müəssisələrində apardığı yoxlamaların nəticələri

Səhiyyə Nazirliyinin özəl tibb müəssisələrində apardığı yoxlamaların nəticələri

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin lisenziyalaşdırılması üzrə komissiyası tərəfindən 2015-ci ilin I yarısında özəl tibb müəssisələrində aparılan yoxlamaların nəticələri haqqında
MƏLUMAT


Özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz tibbi xidmətlərin göstərilməsinin qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi öz səylərini gücləndirməkdə davam edir. Bu məqsədlə cari ildə keçirilmiş planlı (8 müəssisə) və plandankənar (19 müəssisə) yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilmiş və bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülmüşdür. Belə ki, 2015-ci ilin birinci yarım illiyində aparılmış yoxlamalar nəticəsində:

1. Aşağıdakı özəl tibb müəssisələrinin fəaliyyəti dayandırılmışdır:

Səhiyyə Nazirliyinin özəl tibb müəssisələrində apardığı yoxlamaların nəticələri

2. Aşağıdakı özəl tibb müəssisələrinə verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsindən stasionar xidmət tam çıxarılaraq, yalnız poliklinik xidmət saxlanılmışdır:

Səhiyyə Nazirliyinin özəl tibb müəssisələrində apardığı yoxlamaların nəticələri

2.1. Aşağıdakı özəl tibb müəssisələrinə verilmiş xüsusi razılığın (lisenziyanın) əlavəsindən qeyd edilən xidmət və işlər çıxarılmışdır:

Səhiyyə Nazirliyinin özəl tibb müəssisələrində apardığı yoxlamaların nəticələri

3. Lisenziya olmadan və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə aşağıdakı özəl tibb müəssisələri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 64.1-ci və 65-3.1-ci maddələrinə uyğun cərimə tətbiq edilmişdir:

Səhiyyə Nazirliyinin özəl tibb müəssisələrində apardığı yoxlamaların nəticələri

Nəzərinizə çatdırırıq ki, özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmiş şəxslərin siyahısını, eləcə də müvafiq lisenziyalar üzrə həmin şəxslərin həyata keçirdiyi işlər və xidmətlər haqqında məlumatı Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsindən (http://sehiyye.gov.az/sehiyyede_ozel_sektor.html) əldə etmək mümkündür.
Xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən və lisenziyasının əlavəsində müvafiq iş və xidmətlər qeyd edilməyən müəssisələrə müraciət etməməyinizi, bununla özünüzün və yaxınlarınızın həyat və sağlamlığını təhlükə altına qoymamağınızı tövsiyə edirik.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova