Səhiyyə naziri Gədəbəydə vətəndaşları qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, dövlət qurumları rəhbərlərinin bölgələrdə səyyar qəbul günləri davam etdirilir. Xüsusi müəyyən edilmiş cədvələ müvafiq olaraq, səhiyyə naziri Oqtay Şirəliyev bu dəfə Gədəbəy rayonunda vətəndaşları qəbul edib.
Gədəbəy Mərkəzi Rayon Xəstəxanasında keçirilən görüşdə bu rayonun sakinləri ilə yanaşı, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşlar da iştirak ediblər.
Müraciətlərin əksəriyyəti sağlamlıq problemləri və kadr məsələləri ilə bağlı olub. Səhiyyə naziri onların operativ həlli üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə göstərişlər verib. Müraciətlərin əksər hissəsi yerindəcə həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.