Türkiyəli professor Travmatologiya və Ortopediya İnstitutunda olub
Türkiyə Sümük-Oynaq Cərrahiyyəsi Cəmiyyətinin rəhbəri professor Vedat Şahin Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda (ETTOİ) olub.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq, elmi araşdırmalar və kadr yetişdirilməsi haqqında müzakirələr aparılıb.
Toplantıda iştirak edən Azərbaycan səhiyyə nazirinin müavini İlqar Qasımov Vətən müharibəsi günlərində edilən hərtərəfli dəstəyə görə Türkiyə Respublikasının ortopedik və travmatoloji heyətinə təşəkkürünü bildirib.
Görüşdə 441 müəllif tərəfindən yazılan və professor Vedat Şahin tərəfindən nəşr edilən, travmatologiya və ortopediyanın əsasları haqqında 3 cildlik tədris kitabı Travmatologiya və Ortopediya İnstitutuna hədiyyə edilib.
Sonda qonaqlar ETTOİ-nin əməliyyatxana bloku, Artroplastika və artroskopiya şöbəsi ilə tanış olublar.