Azərbaycan və İtaliya ictimai birlikləri infeksion xəstəliklər üzrə tərəfdaşlıq müqaviləsi imzaladı
Azərbaycanın və İtaliyanın səhiyyə qurumları arasında genişlənən əməkdaşlıq çərçivəsində Azərbaycan Tibbi Mikrobioloqlar və İmmunoloqlar İctimai Birliyi ilə İnfeksion xəstəliklər və immunoloji pozuntular üzrə Dünya Assosiasiyası arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. AzərTAc-ın verdiyi məlumata görə, sənəddə infeksion xəstəliklər və immunoloji pozuntular sahəsində birgə elmi araşdırmaların aparılması, bu problemlərlə bağlı məlumatlandırmanın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi nəzərdə tutulur.