UNICEF yeniyetmələrin əqli sağlamlığını dəstəkləmək üçün tövsiyələr verib

UNICEF yeniyetmələrin əqli sağlamlığını dəstəkləmək üçün tövsiyələr verib

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) yeniyetmələrin əqli sağlamlığını dəstəkləmək üçün tövsiyələrini paylaşıb.
AZƏRTAC UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəsmi instaqram səhifəsinə istinadla bildirir ki, etibarlı ünsiyyət insanın hiss etdiyini və düşündüyünü başqalarına hörmətlə çatdırmaq bacarığıdır. Bu, yaxşı psixi sağlamlıq yolunda ilk addımdır.
Uşaq Fondu məsləhət görür ki, yeniyetmələrə bütün hallarda onların yanında olduğunuzu xatırladın. Onların yaşadığı duyğuları qəbul etmək və anlamaq vacibdir. Bu kimi hallarda “Başa düşürəm”, “Çətin vəziyyətdir” və ya “Düzdür” kimi cavablardan istifadə etmək olar.
Tövsiyələrdə deyilir: “Yeniyetmə övladlarınızın gündəlik rejiminin təyin edilməsi üçün birlikdə çalışın. Onları dərslərə və ev işlərinə fasilə verərək, zövq aldıqları işlərlə məşğul olmağa həvəsləndirmək vacibdir. Əgər məyusdurlarsa, üzləşdikləri problem üçün həll yolları tapmağa kömək edilməlidir. Hökm etməyə və ya nə etməli olduqlarını söyləməyə çalışmaq onların gələcək psixoloji vəziyyətlərində problem yarada bilər. Yeniyetmələr üçün nümunəvi davranışlar nümayiş etdirmək lazımdır. Dostları ilə söhbət, birlikdə idmanla məşğul olmaq, musiqi dinləmək tövsiyə edilir. Mütəxəssislər yeniyetmələrdə qürur duyduğunuz məqamların vurğulanmasının vacib olduğunu deyir. Qəzəbli olduğunuz müddətdə hər hansı məsələni müzakirə etməyin. Sizin və yeniyetmə övladınızın həmin məsələni necə həll edə biləcəyinizi düşünmək üçün bir az vaxt ayırın”.





Avqust 2022

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova